Papa Fransisk: "Vatikanda mənim ölümümə ümid edənlər var

Papa Fransisk: Papa Fransisk: "Vatikanda mənim ölümümə ümid edənlər var"
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk müalicə üçün xəstəxanada olarkən öləcəyinə və ya istefaya getməsinə ümid edənlər olub.
Bu barədə Vatikan rəhbəri bu ay nəşr olunacaq "Həyat: Tarix boyu hekayəm" adlı kitabında yazıb. Biografiyadan hissələri İtaliyanın "Corriere della Sera" qəzeti paylaşıb.
"Bəziləri siyasətlə və kampaniya ilə həddindən artıq maraqlanırdılar. Demək olar ki, yeni Konklav (Papa Seçkisi) haqqında düşünürdülər. Sakit olun, bu, insani vəziyyətdir. Təəccüblənməyə ehtiyac yoxdur. Çətin anlara baxmayaraq, heç vaxt istefa vermək fikrində olmamışam", - deyə o bildirib.
Roma Papası vəzifəsindən imtina üçün heç bir şərt görmədiyini vurğulayıb.
"Ciddi fiziki əngəl yaranarsa, işlər dəyişəcək. Belə olan halda, Papalığımın əvvəlində Dövlət Katibliyinə (baş nazirlik) təqdim etdiyim istefa ərizəm artıq hazırdır. Amma bu fikirdir, çünki təslim olmağı düşündürəcək ciddi səbəblərim yoxdur. Mən xəstəxanaya yerləşdirildikdən sonra bəziləri belə bir açıqlama verəcəyimə yəqin ki, ümid edirdilər, amma elə bir risk yoxdur. Səhhətim yaxşıdır, həyata keçirməli olduğum çoxlu layihələrim var", - deyə o bildirib.
Qeyd edək ki, keçən il müxtəlif sağlamlıq problemlərinə görə tez-tez xəstəxanaya müraciət etmək məcburiyyətində qalan 87 yaşlı Papa Fransisk son illərdə dizindəki problem səbəbi ilə xidmətlərə qatılarkən əlil arabası və əsadan istifadə edir, son bir neçə həftədə isə o, bronxit və soyuqdəymə xəstəlikləri səbəbiylə çıxışlarını köməkçilərinə etdirir.

Maraqlı       Tarix: 15 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər