Papoyan: "Azərbaycan bununla razı deyil və Rusiya da Bakının mövqeyini dəstəkləyir"

Papoyan:

" class="imgbcode" />"Vacib olan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalandığı yer yox, onun məzmunudur".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Gevork Papoyan jurnalistlərlə söhbətində hakim partiyanın sülh müqaviləsini harada imzalamağa üstünlük verməsi sualını şərh edərkən bildirib: "Məncə, Brüssel platforması Ermənistan tərəfi üçün daha sərfəlidir, çünki o, Ermənistanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur. Bu sənəd Ermənistanla Azərbaycan arasında sərhədin keçdiyi xəritəni, ölkənin suverenliyi çərçivəsində kommunikasiyaların keçidini müəyyənləşdirir. Bu isə Ermənistanın təbliğ etdiyi gündəmdir".
"Amma sərhədin müəyyən edilmədiyi, xəritənin olmadığını deyəndə KTMT və Rusiyanın mövqeyi yada düşür. Əgər proses bu məntiqlə gedəcəksə, o zaman danışıqların nəticə verəcəyini düşünmürəm, çünki xəritə yoxdursa, deməli, bu, tamamilə Azərbaycanın xeyrinədir. Deməli, danışıqlar harda keçirilməsindən asılı olmayaraq səmərə verməyəcək", – deyən Papoyan onu da qeyd edib ki, Qranadada keçirilən son görüşdə Brüssel, Paris və Berlin Alma-Ata bəyannaməsinə əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması məntiqi ilə razılaşır, lakin Azərbaycan bununla razı deyil və belə görünür ki, Rusiya da Azərbaycanın mövqeyini dəstəkləyir: "Ona görə də Moskvada danışıqların gündəliyinin nədən ibarət olacağını anlamaq vacibdir. Əks halda Ermənistan rəsmiləri Azərbaycanın gündəmə gətirdiyi məsələni müzakirə edəcək və nəticədə yenə uğursuzluğa düçar olacağıq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber