Paris küçələrində 2 min ton zibil yığıldı - SƏBƏB
Fransanın paytaxtı Parisdə zibil yığımına cavabdeh olan kommunal işçilərinin pensiya islahatlarına etiraz olaraq keçirdiyi tətil, ümumilikdə 2 min ton tullantının yığılmasına səbəb olub.
KONKRET.azxəbər verir ki, bu barədə "LCI" telekanalı məlumat yayıb.
Bildirilib ki, paytaxtda üç tullantı yandıran zavodun fəaliyyəti dayandırılıb, etirazçılar onların girişini bağlayıblar.
Onlar islahat geri çəkilənə qədər tətili davam edirəcəklərini bildirirlər.
Qeyd edək ki, Parisdə kommunal işçilərin tətili pensiya yaşının artırılmasına qarşı ümummilli etiraz aksiyasından bir gün əvvəl başlayıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, çərşənbə axşamı ölkə boyu nümayişlərdə təxminən 1,3 milyon insan iştirak edib ki, bu, yanvarın sonunda etirazlar başlayandan bəri rekord göstəricidir.
Xatırladaq ki, yanvarın ortalarında Fransanın Baş naziri Elizabet Born pensiya yaşının 2030-cu ilə qədər 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat layihəsini təqdim edib.
Layihə həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur.
İqbal Rzayev,
KONKRET.az

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu