Parlamentdən REPORTAJ: Polis saxlayan şəxs özünü deputatın bacısı oğlu kimi qələmə verib - FOTO

Parlamentdən REPORTAJ: Polis saxlayan şəxs özünü deputatın bacısı oğlu kimi qələmə verib - FOTOParlamentdən REPORTAJ: Polis saxlayan şəxs özünü deputatın bacısı oğlu kimi qələmə verib - FOTO
Mayın 4-də ali qanunverici orqan – Milli Məclisin növbəti plenar iclasına yollanıram. Düzü, həvəs yoxdur, ona görə ki, plenar iclaslarda dinamika yoxdur, qızğın müzakirələrdən çox ənənəvi çıxışların olacağı barədə düşüncələr məni həvəsdən salır.
Parlamentin girişində şikayətə gələnlər yığışıb və öz rayonlarının deputatlarını həsrətlə gözləyirlər, onların qəbuluna düşmək tələbləri ilə çıxış edirlər.
Plenar iclasdan yarım saat öncə deputatlar bir-bir gəlirlər, öz avtomobillərindən düşür və kostyumda deputat ədası ilə parlamentə girirlər.
Cəlilabaddan gələn bir şikayətçi ağır addımlarla yeriyən deputat Sabir Rüstəmxanlıya yaxınlaşır və ona öz problemlərini çatdırır. Sabir müəllim isə bildirir ki, həmin bölgənin deputatı deyil, şikayətçi bir az məyus olur, boşa çıxan ümidləri onun gözlərindən oxumaq mümkündür.
Parlamentdən REPORTAJ: Polis saxlayan şəxs özünü deputatın bacısı oğlu kimi qələmə verib - FOTOSabir müəllimdən xahiş edir ki, Cəlilabadın deputatlarının onu qəbul etməsi üçün yardımçı olsun. Cəlilabadın üç deputatı var – Fəzail İbrahimli, Malik Həsənov, Elman Nəsirov.  
Düzü, sonradan Sabir müəllimin bu işə yardım edib-etmədiyini bilmirəm.
Az sonra isə son zamanlar adı borc qalmaqalında hallanan İqbal Məmmədovun avtomobilinin arxa oturacağından düşüb, üzündəki sərt ifadə ilə gəldiyini görürəm.
Parlamentdən REPORTAJ: Polis saxlayan şəxs özünü deputatın bacısı oğlu kimi qələmə verib - FOTODüzü, ayırd etmək çətindir ki, İqbal müəllim gərgindir ya yox, çünki onun üz mimikasında adi zamanlarda belə sərt cizgiləri görmək mümkündür.
İçəridə - Telefon üçün "əcəl zəngi"
Artıq parlamentin iclasını işıqlandırmaq üçün akkreditasiyadan keçən jurnalistlərin siyahısı paqonlu yoldaşlara gəlib və yaxınlaşıb adımızı yoxladıqdan, dedektordan keçdikdən sonra foyeyə daxil oluram. Bu zaman təhlükəsizlik xidmətinin əməkdaşı "zəhmət olmasa, telefonu təhvil verin" deyə əmrqarışıq xahiş tonunda mənə bildirir.
Bu sözü illərdir eşidirəm, açığı niyə Milli Məclisdə smartfon tipli telefonların, planşetlərin istifadəsinin qadağan olunmasına dair aydın və konkret izahın şahidi olmamışam. Oqtay Əsədovun spikerliyi dövründə deyilirdi ki, bu, təhlükəsizlik məsələsidir, ancaq bu arqument heç zaman məndə qadağaya səbəb olan amil kimi aydın təsəvvürlər yarada bilməyib.
Ona görə ki, parlamentin iclaslarında deputatlar smartfon tipli telefonlardan istifadə edirlər, təhlükəsizlik məsələsi ciddidirsə, o zaman bu qayda niyə cənab millət vəkillərinə şamil edilmir?
Nəysə, açığını ifadə edim ki, bu məsələdən parlament jurnalistləri çox şikayət edir.
Parlamentdən REPORTAJ: Polis saxlayan şəxs özünü deputatın bacısı oğlu kimi qələmə verib - FOTOYaxınlaşıb, Milli Məclisin dəbdəbəli foyesində dəbdəli çılçıraqların parıltıları altında parlament jurnalistləri ilə görüşürük, hal-əhval tuturuq.
Aqil Abbas öz ampluasında
Deputat Aqil Abbas jurnalistlərlə daim ünsiyyətə girən millət vəkillərindəndir. O gələndə, bilirik ki, yorulmadan onu dinləcəyik, həm də özünəməxsus zarafatları onun söhbətlərinə açıq rənglər verir.
"Aqil müəllim, Ağdamda toyunuzun 40 illiyi münasibətilə yenidən toy edəcəyinizi demişdiniz, vaxt yaxınlaşır, məsələ nə yerdədir?", - deyə sual edirəm.
Aqil müəllim danışır, dediklərindən belə başa düşürəm ki, bu fikrindən vaz keçib, çünki ölkədə hələ də karantin rejimidir.
Aqil Abbas bununla belə, deyir ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın hələ də toyların və yas mərasimlərinin keçirilməsinə icazə verməməsinin məntiqi əsası yoxdur.
Məsələni parlamentin plenar iclasında qaldıracağını desə də, bu olmur, çünki cari məsələlərin müzakirəsi cəmi 30 dəqiqə çəkir ki, Aqil müəllimə də gəlib söz çatana qədər, vaxt bitir.
Bəlkə də Aqil müəllim heç çıxış üçün yazılmamışdı – bunu da bilmirəm, sadəcə bütün versiyaları gözdən keçirərək səbəbləri izah etməyə çalışıram.
Gecə saat 3-də deputata zəng
Adını çəkməyəcəyəm. Deputatlardan birinə yaxınlaşıram, mətbuatdan qaçdığının səbəblərini soruşuram. Deyir ki, mətbuat onun dediklərini kontektsdən çıxarır və bu da yanlış təsəvvürlərin yaranmasına gətirib çıxarır. Onu da deyir ki, işləri həddindən artıq çoxdur, həm seçicilərin problemlərini dinləmək, həm qanun layihərini oxumaq, həm də şəxsi həyatı ilə bağlı məsələlər.
"Aqşin, hansısa seçici, nömrəmi götürüb, gecə saat üçdə mənə zəng edib ki, bəs "QAİ" məni saxlayıb. Mən də danışmışam, xahiş etmişəm ki, onu buraxsınlar. Heç tanımıram da kimdir. Polis onu saxlayanda isə özünü mənim bacım oğlu kimi təqdim edib, bu qədər də olmaz da",-deyə həmin deputat gileylənir.
Əslində haqq verməmək də olmur, gecə saat 3-də elə məsələyə görə adama zəng edərlərmi?
Digər deputatlardan biri isə gileylənir ki, seçiciləri ondan pul istəyir...
İclasda deyilənlər
Deputatlar bir-bir keçdikdə biz jurnalistlərlə salamlaşır, gedirik, iclas başlayır.
Milli Məclisin budəfəki iclası çox yorucu və ağır idi, çünki yuxarıda qeyd etdiyim kimi qızğın müzakirə yoxdur və əks arqumentlər səslənmir, iclas yalnız protokol xarakteri kimidir.
Parlamentin iclasında 11 məsələ müzakirəyə çıxarılmışdı, gündəlikdən öncə isə cari məsələlərə dair mövqelər parlamentin iclas zalında "bərq vurur".
Deputat Fazil Mustafa bildirir ki, Ermənistanla sərhəddə xidmət edən Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinə təşəkkür düşür, onları Qarabağ müharibəsinin görünməyən qəhrəmanları adlandırır.
Parlamentdən REPORTAJ: Polis saxlayan şəxs özünü deputatın bacısı oğlu kimi qələmə verib - FOTOBəhruz Məhərrəmov isə şəhidlərin təhqir edilməsini cinayət məsuliyyəti kimi xarakterizə edir, təklif səsləndirir ki, məsələ barədə Cinayət Məcəlləsinə maddə əlavə olunsun.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsini təklif edir. Məlahət İbrahimqızı isə ölkə gündəmini zəbt edən mollanın qadını öldürməsi barədə fikirlərini çatdırır.
Gələk, gündəlikdə duran məsələlərə. Deputat Sabir Rüstəmxanlı "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı bəzi mollaları ittiham edir.
Sabir müəllimin təbirincə desək, bəzi mollaların leksikonunda ərəb və fars mifologiyasının təbliğatı hiss olunur.
Əslində Sabir müəllim, burada hansısa dilə qarşı çıxış etmir, sadəcə onu deyir ki, bəzi mollalar yad leksikonla həmin ölkələrin siyasi maraqlarını və məqsədlərini ifadə edirlər.
Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deputat Əli Məsimli ölkədə bank faizlərinin yüksək olmasına etiraz edir, eyni zamanda Vergi Məcəlləsinin dilinin çox mürəkkəb olduğunu xatırladır, təklif edir ki, Məcəllənin dili sadələşdirilsin.
Etibar Əliyev ipoteka faizlərinin yüksək olmasından giley edir.
Parlamentdən REPORTAJ: Polis saxlayan şəxs özünü deputatın bacısı oğlu kimi qələmə verib - FOTOParlamentin iclasında müzakirələr zamanı Milli Məclisin sədri Sahibə Qafarovanın deputatlara telefonlara görə irad bildirməsi də diqqət çəkir. Deyir ki, iclas zalında telefonla danışmasınlar.
İclasdan ümumilikdə çıxarılan nəticələr: Həmişəki kimi maraqların toqquşmasından çox maraqların balanslaşdırılması baş verdi.
İkincisi və texniki nəticə: Parlament 11 məsələni təsdiqlədi – bəziləri birinci oxunuşda, bəziləri isə üçüncü oxunuşda.
İclas bitdikdən sonra isə deputatların bəziləri otaqlarına, bəziləri yeməkxanaya, bəziləri də digər işlərinin dalınca yollandılar.
Aqşin Kərimov

Siyasi       Tarix: 04 may 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçıs

İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanı

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb. xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzaye

Azərbaycanla Malayziya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Malayziya parlamentləraras

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib. -ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Ərdoğan mərhum dövlə

Fars körfəzində "nüvə" getdi, "dəniz savaşı" gəldi: ABŞ Tehranı boğa bilərmi?

ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hə

Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.   xəbər verir ki, Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında "Report"un Şərqi Avropa bürosunu


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər son xeberler 2026 futbol xeberleri sou biznes