Partiya üzvü Elman Rüstəmov barədə: "27 il sədr olasan, tarixdə "devalvasiya olmayacaq" cümləsi ilə qalasan"

Partiya üzvü Elman Rüstəmov barədə: "İyirmi yeddi il Mərkəzi Bank kimi quruma rəhbərlik edəsən, amma tarixdə devalvasiyadan 24 saat əvvəl, "devalvasiya olmayacaq, manat dəyərdən düşməyəcək" cümləsi ilə qalasan – ağır dərddir…"
KONKRET.az xəbər verir ki, bunu REAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli öz feysbuk hesabında Elman Rüstəmovun Mərkəzi Bankın sədri vəzifəsindən azad edilməsi haqda təqdimata Milli Məclisin Plenar İclasında müsbət rəy verilməsinə münasibət bildirərkən deyib.
"Həyatımın son 10-12 ilini həm də o şəxsin (Elman Rüstəmov –red.) dediklərini analiz etməyə həsr etmişdim, onun "ictimai tərcüməçisi" idim. İndi gedir. Ümid edirəm yeni gələn gənc kadrı "tərcümə" etmək lazım olmayacaq. Yeni gələn özünü göstərmək üçün Mərkəzi Bank kimi vacib qurumda tələsik addımlar atmayacaq", – Natiq Cəfərli qeyd edib.
O xatırladıb ki, Elman Rüstəmov ölkənin ən uzun müddət vəzifədə qalan məmurudur. O, 1995-ci ildən bəri bu postu tutub.
Qeyd edək ki, bu gün parlamentdə eyni zamanda Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatı da müzakirə edilib. Onun Elman Rüstəmovun yerinə təyin olunacağı gözlənilir.

Sosial       Tarix: 12 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler xəbər.az xankendi