PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib.
azxeber.com xəbər verir ki, Azərbaycanda mikromaliyyə sektorunun 30 illiyinə və AMFA-nın fəaliyyətinin 25 illiyinə həsr olunan tədbirdə dövlət qurumları, maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib. Konfransda maliyyə inklüzivliyi, maliyyələşməyə çıxış imkanları, sektorun inkişaf perspektivləri və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən PAŞA Bankın Maliyyə İnstitutları və Xidmət Sənayesi üzrə rəhbəri Zahid Əfəndiyev banklarla bank olmayan kredit təşkilatları (BOKT) arasında əməkdaşlığın mikro və kiçik sahibkarların maliyyələşməyə çıxışında əhəmiyyətini vurğulayıb.
"PAŞA Bank olaraq BOKT-ları maliyyə xidmətlərinin daha geniş kütləyə çatdırılmasında mühüm tərəfdaş hesab edirik. Bizim üçün əsas göstərici ayrılmış vəsaitin həcmi deyil, həmin vəsaitin neçə sahibkara çatması, neçə biznesin inkişafına dəstək olması və iqtisadiyyatda nə qədər davamlı dəyər yaratmasıdır", – deyə Zahid Əfəndiyev bildirib.
O, həmçinin bankların maliyyə resurslarının BOKT-ların mikro və kiçik sahibkarlarla iş təcrübəsi ilə birləşdirilməsinin əhəmiyyətinə, risklərin bölüşdürülməsi və zəmanət mexanizmlərinin inkişaf etdirilməsi imkanlarına toxunub.
PAŞA Bank maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların maliyyələşməyə çıxışının asanlaşdırılması və ölkədə maliyyə inklüzivliyinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı