PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edirPAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlara satış dövriyyəsi əsasında girovsuz kredit əldə etmək imkanı yaradır.
azxeber.com xəbər verir ki, sahibkarlar POS Kredit vasitəsilə 5 000 manatdan 250 000 manatadək maliyyələşmədən yararlana bilərlər. İlk 15 gün ərzində faiz hesablanmır və faktiki illik faiz dərəcəsi (FİFD) 19,06% təşkil edir.
Məhsulun əsas üstünlüklərindən biri kredit ödənişlərinin sahibkarın POS dövriyyəsinə uyğunlaşdırılmasıdır. Sahibkarlar kredit ödənişlərini satış dövriyyələrinə uyğun şəkildə həyata keçirə bilirlər.
POS Kreditə PAŞA Bankın onlayn bankçılıq platforması və biznes mobil tətbiqi vasitəsilə müraciət etmək mümkündür. Kreditdən yararlanmaq üçün müştəri ən azı 6 ay PAŞA Bankın POS xidmətindən istifadə etməli, VÖEN üzrə fəaliyyət müddəti isə bir ildən çox olmalıdır. Digər şərtə əsasən, son altı ayın hər birində bankın POS terminalları vasitəsilə 30-dan çox əməliyyat aparılmalıdır. Kredit məbləği yalnız PAŞA Bank üzrə POS dövriyyəsi nəzərə alınmaqla müəyyən edilir.
PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance tərəfindən də müxtəlif nominasiyalar üzrə təltif olunub. Eyni zamanda, Stevie Awards müsabiqəsində "İlin şirkəti" nominasiyası üzrə "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Ətraflı məlumat və müraciət üçün linkədaxil olun

İqtisadiyyat       Tarix: 31 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişikli

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir

Azərbaycanda daha bir cərimənin məbləği azaldılır. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Dəyişikliy

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


azerbaycan xeberleri yeni xeberler son xeberler futbol xeberleri maraqlı xəbərlər azerbaycanda son xeberler hava durumu