"Paşinyan açıq şəkildə Azərbaycanın tərəfini tutur" - Rusiyalı politoloq
"Rusiya-Ermənistan münasibətləri rəsmən sürətlə dağılma mərhələsinə qədəm qoyur".
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Vasili Koltaşov səsləndirib.
O bildirib ki, bu, ilk növbədə, Ermənistan tərəfinin, Paşinyan administrasiyasının davranışından görünür.
"Mən başa düşürəm ki, Rusiya hansısa yolla proseslərə təsir göstərməyə çalışacaq, lakin Paşinyan açıq-aydın Azərbaycanın tərəfini tutur. İrəvan KTMT-ni tərk edərsə, heç kim Ermənistanın rəsmi sərhədlərini belə tanımaq istəməyəcək. Azərbaycan öz növbəsində daha güclü ölkə kimi indi Paşinyanın rəhbərliyi altında 2020-ci ildən sonra müharibəyə hazırlaşmayan Ermənistanı aradan götürmək üçün səbəblər tapacaq", – deyə rusiyalı politoloq əlavə edib.
Vasili Koltaşov bildirib ki, erməni ictimaiyyəti qəzəblidir. Onlar başa düşür ki, Paşinyan və onun komandası yalan danışır.
"Çünki günahkar 2020-ci ildəki vəziyyəti yaradan, sonra isə Qarabağın Azərbaycana təhvil verilməsinə səbəb olan Ermənistan hakimiyyətinin özüdür".
Günel Mikayılova,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ