Paşinyan: "Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq"
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından sonra Bakı-İrəvan münasibətlərinin yeni mərhələyə qədəm qoya biləcəyini bildirib.
KONKRET.azxəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında müqavilənin imzalanacağı halda iki ölkə arasında qısa müddətdə müəyyən ticarət əlaqələrinin formalaşacağını və bunun zamanla genişlənəcəyini deyib.
Baş nazir həmçinin Vaşinqton Bəyannaməsinin üçüncü bəndinə diqqət çəkərək, burada tərəflərin daxili nəqliyyat əlaqələrinin və bir-birinin ərazisindən maneəsiz keçid imkanlarının önəminin vurğulandığını qeyd edib:
"Ermənistan Azərbaycanla sərhəddə gediş-gəlişin sadələşdirilməsinə hazırdır", – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, gələcəkdə iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri biometrik pasport əsasında, digər ölkələrə səyahət qaydalarına oxşar formada həyata keçirilə bilər.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var