Paşinyan: Azərbaycanla sülh Ermənistanın təhlükəsizliyinin qarantıdır
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ölkənin təhlükəsizliyi üçün ən etibarlı təminatdır.
Bu bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyan Ordu Günü münasibətilə xalqa müraciətində bildirib.
"Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və bundan daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur", – Paşinyan vurğulayıb.
Baş nazir, eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin faktiki olaraq zəifləməsinin ölkə üçün yeni imkanlar açdığını da bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər, çünki bu silahların ölkə hüdudlarından kənara çıxarılmasından və ya KTMT-nin nəzarətinə keçməsindən ehtiyat edirdilər.
"Bu maneə artıq mövcud deyil", – Paşinyan qeyd edib.
O əlavə edib ki, Ermənistan bundan sonra da silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
///apa / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər