Paşinyan bir aylıq məzuniyyətə gedir - Onu Londona niyə çağırıblar?

Paşinyan bir aylıq məzuniyyətə gedir - Onu Londona niyə çağırıblar?</p> 
 <p>"Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək bir aylıq məzuniyyətə çıxıb və bu, nəinki Ermənistanın hər hansı liderinin səlahiyyət müddəti, o cümlədən Paşinyanın baş nazirliyi illəri üçün praktiki olaraq görünməmiş uzun müddətdir".
KONKRET.azxəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Verilən şərhdə bildirilir ki, bu müddət ərzində Paşinyan Londonda sammitdə iştirak edəcək. Qeyd edək ki, iyulun 18-də keçirilən sammitin əsas təşəbbüskarı Fransa prezidenti Makrondur: "İlk belə sammit 6 oktyabr 2022-ci ildə Praqada baş tutub. Bu, erməni xalqının yaddaşında ona görə qalacaq ki, Mişel, Makron, Paşinyan və Əliyevin həmin sammit çərçivəsində təşkil olunmuş dördtərəfli görüşü zamanı Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. İkinci sammit isə 2023-cü ilin iyununda Kişinyovda baş tutub və burada yenə eyni iştirakçılarla dördtərəfli görüş keçirilib.
Təbii ki, bundan əvvəl Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında dörd günlük danışıqlar olub. Bundan sonra, iyunun sonunda üç günlük danışıqlar olub. Kişinyovdakı dördtərəfli görüş bu baxımdan heç nəyi dəyişməyib. Avropa Siyasi Birliyinin üçüncü sammitində isə Qarabağ ermənilərdən tamamilə boşaldılmışdı. Üçüncü sammit 2023-cü ilin oktyabrında Qranadada keçirilib. Burada Makron, Şolç, Paşinyan və Əliyevin görüşü gözlənilirdi. Lakin Əliyev Qranadaya getməkdən imtina etdi, çünki o, əsasən bu platformadan istədiyini almışdı və yalnız Makron, Şolç və Paşinyan Qranadada bir masa arxasında oturub.
Londonda gözlənilən dördüncü zirvə görüşünə gəlincə, Ermənistanla Azərbaycan arasında hər hansı səviyyədə təmasların gözlənilib-gözlənilməməsi barədə heç bir söhbət yoxdur. Təbii ki, Böyük Britaniya Qafqaz regionunda daha çox gizli oyunçudur.
Bəlkə də Londonun gündəmində Ermənistan və Azərbaycan məsələsi yoxdur. Böyük Britaniyanın Avropa və Avrasiya məsələləri üzrə naziri ötən il bəyan etmişdi ki, Mərkəzi Asiya – Azərbaycan, Ermənistan, Türkiyə arasında orta dəhlizin formalaşması onlar üçün prioritet məsələdir. Həmin istiqamətdə işlərin Britaniya siyasətinə xas məxməri metodologiya ilə aparılacağı ayrı məsələdir.
Yeri gəlmişkən, Ermənistan baş nazirinin London səfərinin digər intriqası Britaniya kəşfiyyatının rəhbəri, Türkiyə liderinin dostu Riçard Murla görüşün olub-olmayacağı ola bilər. Nikol Paşinyan və Mur artıq ilin əvvəlində Münhen Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində görüşüblər. Və 2022-ci ilin dekabrında Mur Ermənistana, yeri gəlmişkən, Laçın dəhlizinin bağlanmasından dörd gün sonra gəlmişdi".
Tərcümə etdi: Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 17 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər butun xeberler en sonxeber cəbhədən son xəbər