Paşinyan: "Biz revanş cəhdlərini qətiyyətlə rədd etmişik və edəcəyik"
Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışı zamanı ölkəsinin sülh siyasəti, regional kommunikasiyalar və Azərbaycanla sərhəd məsələlərinə toxunub. O bildirib ki, Ermənistan heç vaxt revanşizm siyasətinə qapılmayacaq və gələcəkdə də belə cəhdlərə qarşı çıxacaq.
KONKRET..azGündəm24.az-a istinadən xəbər verir ki, Paşinyan bəyanatında sülhün qorunmasının vacibliyini vurğulayıb: "Biz bu sülhü möhkəmləndirməli və qorumalıyıq. Bu, bizim gündəlik borcumuzdur", – deyə o, bildirib. Baş nazir həmçinin qeyd edib ki, regionda kommunikasiya xətlərinin açılmasından öncə dövlət sərhədinin dəqiqləşdirilməsi, delimitasiya və demarkasiya məsələlərinin həll olunması zəruridir.
Paşinyan Ermənistanın gələcəkdə beynəlxalq kommunikasiya şəbəkələrinin mühüm hissəsinə çevriləcəyini də xüsusi vurğulayıb: "Ermənistan ərazisindən beynəlxalq dəmir yolları, avtomagistrallar, boru kəmərləri və elektrik xətləri keçəcək. Ermənistan qlobal kommunikasiya xəritəsində önəmli ölkələrdən birinə çevrilir", – deyə o, qeyd edib.
Baş nazir həmçinin Azərbaycanla bağlı diqqətçəkən açıqlama da verib. O bildirib ki, ərazilər məsələsi qarşılıqlı yanaşma əsasında həll edilməlidir: "Azərbaycanın nəzarətində olan Ermənistan torpaqları olduğu kimi, Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri də mövcuddur. Həll yalnız qarşılıqlı yanaşma və ədalətli delimitasiya prosesi çərçivəsində mümkündür".

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var