Paşinyan: "Bizə heç kim kömək etməyəcək"
"Bizə heç kim kömək etməyəcək".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
"Ermənistan və region üçün sülh o zaman gələcək ki, beynəlxalq birlik Ermənistanın 29 min 800 kvadratkilometr ərazisini tanıdığını, sonuncu isə onun heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığını bəyan etsin. Əks halda bizə heç kim kömək etməyəcək", – deyə Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı onu da bildirib ki, sülh Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi deməkdir.
"Siyasi-diplomatik səviyyədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşları üçün məqbul olacaq. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq. Əgər Ankara və Bakı da sülhün möhkəmlənməsinə yönəlibsə, bunu real vəzifə hesab edirik. Bu, bizim məsuliyyətimizdir", – deyə Baş nazir qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir