Paşinyan bu tarixdə Azərbaycana gələ bilər - SENSASİYA
2024-cü ilin noyabrında Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək. Bu çərçivədə bir neçə ölkədən çox sayda nümayəndənin ölkəmizə gəlməsi nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbirinə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı bir çox ölkələrin rəsmi nümayəndələri, prezidentləri, baş nazirləri qatılmışdı. O cümlədən Ermənistan Prezidenti Vaaqn Xaçatryan da sammitdə iştirak üçün Dubaya səfər etdi.
Maraqlıdır ki, Ermənistanın Baş nazir administrasiyasının Azərbaycanla birgə bəyanatında İrəvanın COP29-un keçirilməsi üçün namizədliyini geri götürdüyü, digər Avropa ölkələri də Azərbaycanın namizədliyini dəstəkləməyə çağırdığı qeyd olunurdu.
Beləliklə ölkəmizin ev sahibliyi edəcəyi tədbirdə iştirak üçün Ermənistan Prezidenti, yaxud baş nazirinin Bakıya gəlməsi mümkündürmü?
Mövzunu Globalinfo.az-a dəyərləndirən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, tədbir təkcə Azərbaycan üçün deyil, Qafqaz üçün vacibdir:
"COP29 hər növ savaşdan, qarşıdurmadan, müharibədən öndə gələn, yüksək idealları özündə birləşdirən bir qlobal tədbirdir. Hesab edirəm, Prezident İlham Əliyevin Azərbaycanın bu tədbirə ev sahibliyi etmə təşəbbüsü ölkəmizin dünyada nüfuzuna çox ciddi müsbət təsir göstərəcək. İqlim və ətraf mühit daxil, ümumi təhlükəsizlik və stabilliyə təhdid yaradan qayğıları dünya ilə bölüşəcəyik. Bakı deklarasiyası özlüyündə yeni hədəflər və öhdəliklər müəyyənləşdirəcək.
Bütün prosesin tərkib hissəsi olan əsas amillərdən biri sülh və əməkdaşlıqdır. Ermənistan nümayəndələrinin tədbirdə iştirak üçün Bakıya gəlmələri də gözləniləndir. Tədbir sadəcə Azərbaycan üçün deyil, Qafqaz üçün əhəmiyyətlidir".

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi