"Paşinyan çalışır ki, İrəvanın rəsmi Bakının şərtləri ilə sülh imzalamaqdan başqa yolu qalmasın" – İLGİNC FAKTLAR

"Azərbaycan yaxın 10 il ərzində Cənubi Qafqazda lider olacaq".
KONKRET.az xəbər verir ki, bu fikir artıq beynəlxalq aləm tərəfindən birmənalı şəkildə qəbul edilir.
Ölkəmizin günü-gündən artan nüfuzu bu qənaətə gəlməyə əsas verir. Türkiyə ilə müttəfiqlik Bakıya bütün sahələrdə üstünlük qazandırıb. Qarabağ müharibəsindəki tarixi zəfər Azərbaycanla yanaşı Türkiyənin də qələbəsi kimi xarakterizə olunur. Eyni zamanda, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda mövqeyinin güclənməsi Ermənistan rəhbərliyinin kapitulyasiya fikirləri ilə üst-üstə düşüb. O zaman Ermənistan rəhbərliyi Qərblə Rusiyanı ölkə ərazisindən sıxışdırıb çıxarmaq üçün birbaşa sövdələşməyə gedib. Beynəlxalq ekspertlərin fikrincə, sadə siyasi məntiqə nəzər yetirilməyib.
"Türkiyə NATO üzvüdür və Azərbaycanın tərəfindədir. Qərbdə Paşinyanı dəstəkləyən qüvvələr NATO ölkələrini təmsil edir. Belə çıxır ki, Paşinyan Ermənistanın potensial düşməninin qüvvələrindən istifadə edir. Eyni zamanda, hərbi müşahidəçilər Rusiyanın Cənubi Qafqazı əldən verməmək üçün Ermənistana nəzarətin Azərbaycan tərəfindən tam ələ alınmasına razılıq verəcəyini də istisna etmirlər" – siyasi ekspertlər proseslərə belə şərh verirlər.
Azərbaycan həmçinin Çin mallarının Rusiyadan yan keçərək Avropaya daşınması üçün logistika zəncirinin – "Orta yol" layihəsinin üzvüdür. Türkiyə də bu layihəyə daxildir. Çünki "Orta yol" Britaniyanın Cənubi Avrasiya layihəsinin bir hissəsidir. Bu layihə balkanlara qədər uzanır və Pakistan və Çini əhatə edir.
Bu mənada Rusiya və İranın işə salmağa çalışdığı Şimal-Cənub dəhlizi bir çox cəhətdən Britaniyanın planlarına rəqibdir. Odur ki, Rusiya sülhməramlılarını Qarabağ zonasından çıxarmaq üçün iki Cənubi Qafqaz respublikasının liderlərinin hərəkətləri üst-üstə düşür. Bakının yaxın perspektivi Ermənistanla öz şərtləri əsasında sülh müqaviləsinin imzalanmasıdır. Hazırda İrəvanın qarşısında bir maneə var – ictimai rəy və müxalifət.
Paşinyan vəziyyəti o həddə çatdırmağa çalışır ki, Ermənistanın Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalamaqdan başqa yolu qalmasın. Çünki belə bir sazişin imzalanması Ermənistanda iqtisadi vəziyyətin yaxşılaşması ilə əlaqələndiriləcək. Nəqliyyat dəhlizləri açılacaq, pullar ölkəyə sel kimi axacaq.
Erməni və beynəlxalq ekspertlər hesab edirlər ki, gələcək sülh müqaviləsi və Ermənistanın "Orta yol"un iqtisadi infrastrukturuna daxil edilməsi rəsmi İrəvanın Azərbaycan-Türkiyə müttəfiqliyi tərəfindən müharibəsiz mənimsənilməsi imkanlarını artıracaq. Təxminən eyni aqibət Acarıstanın bir hissəsi artıq türk biznesi tərəfindən qismən mənimsənilmiş Gürcüstanı da gözləyə bilər.
"Rusiya üçün Cənubi Qafqazda Azərbaycan-Türkiyə müttəfiqliyinin möhkəmlənməsi Kremlin bu regiondakı fəaliyyətinə nəzarəti gücləndirməkdən başqa yolunun olmadığını göstərir. Unutmayın ki, Rusiyanın bir hissəsi olan Dağıstan, əslində, siyasi subyektivliyini itirən Ermənistandan sonra Britaniyanın diqqət zonasındakı növbəti ərazidir. Eyni zamanda, Rusiya hakimiyyəti Şimal-Cənub dəhlizinin quru hissəsinə etibar etməməli, əsas diqqəti dəniz konteyner daşımalarına yönəltməlidir", – deyə siyasi ekspertlər bildirirlər.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 25 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber son xəbərlər cəbhədən görüntüleri xeber.az son xeberler