Paşinyan çətin vəziyyətdə: "İstanbul Bəyannaməsi" Ermənistandan yan keçdi
Ermənistanın xarici siyasəti tam uğursuzluğa düçar olub. Bu barədə erməni beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan danışıb.
KONKRET.azxəbər verir ki, ekspertin sözlərinə görə, iyunun 8-də Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri tərəfindən imzalanan "İstanbul Bəyannaməsi"ndə Ermənistanın regional proseslərin iştirakçısı kimi qeyd olunmaması bunun ən bariz göstəricisidir.
Balasanyan bildirib ki, sənəddə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyəti vurğulanır, Türkiyə, Azərbaycan və Gürcüstanın bu layihədə rolu qeyd olunur, lakin Ermənistanın adı çəkilmir.
"Belə təəssürat yaranır ki, Cənubi Qafqazda yalnız iki ölkə – Azərbaycan və Gürcüstan mövcuddur", – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bəyannamədə Bakı–Tbilisi–Qars dəmir yolu və digər regional layihələrdən bəhs olunsa da, Ermənistanın bu layihələrdə potensial iştirakı barədə heç nə qeyd edilməyib.
Balasanyan hesab edir ki, Ermənistanın regional kommunikasiya layihələrindən kənarda qalması ölkənin xarici siyasətindəki ciddi problemlərin nəticəsidir.
Qeyd edək ki, "İstanbul Bəyannaməsi" siyasi, iqtisadi, mədəni və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəddə həmçinin Orta Dəhlizin inkişafı, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolunun strateji əhəmiyyəti xüsusi vurğulanıb. Növbəti üçtərəfli görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi planlaşdırılır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK