Paşinyan: "Ermənistan bütün regional kommunikasiyaların açılmasında maraqlıdır
"Ermənistan bütün regional kommunikasiyaların açılmasında maraqlıdır".
azxeber.com Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin tezliklə açılmasına dair bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan Horadiz-Meğri-Ordubad-Yerasx dəmir yolunun yenidən işə salınmasının əleyhinə deyil: "Üstəlik, bu, Ermənistan üçün mühüm layihədir. İrəvan həmçinin regional nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır. Biz Ermənistan ərazisindən keçən regional qaz kəmərlərinin, neft kəmərlərinin və elektrik xətlərinin də əleyhinə deyilik. Ermənistan bütün bu layihələrin həyata keçirilməsində maraqlıdır".
N.Paşinyan qeyd edib ki, Ermənistan layihələrin icrasında səmimidir: "İrəvan sabah da regional kommunikasiyaları işə salmağa hazırdır".
Qeyd edək ki, A.Uraloğlu bu gün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda Zəngəzur dəhlizinin tezliklə açılacağını söyləyib.

Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir
"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər
Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir