Paşinyan: Ermənistan KTMT-yə qayıtmayacaq
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etməsini gözləmək real deyil.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Pashinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra brifinqdə deyib.
Ermənistan tərəfinin Moskvadakı danışıqlardan sonra KTMT-ylə bağlı mövqeyini dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab olaraq deyib ki, geriyə keçmişə daim boylanmağa ehtiyac yoxdur.
Paşinyan Rusiya liderinə KTMT məsələsinin kifayət qədər müzakirə olunmuş hesab edilməsini və digər mövzulara keçməyi təklif etdiyini bildirib.
Onun sözlərinə görə, mövcud məsələlər üzrə hər kəsin öz həqiqəti var. "Biz daim eyni nöqtəyə baxmamalı, müzakirə edib ölçüb-biçməməliyik. Biz hər şeyi yaxşıca düşünmüşük və müəyyən nəticələrə gəlmişik. Dünən bu nəticələri qarşılıqlı hörmət şəraitində bölüşdük", - Paşinyan vurğulayıb.
apa / azxeber.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK