Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil
Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.
"Armenpress"in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri və bununla bağlı səsləndirilən tənqidlərlə bağlı sualı cavablandırarkən deyib.
"Ukrayna Prezidentinin səfərinə gəlincə, mən əvvəllər də bu mövzuda açıqlamalar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığımızı demişəm", - Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, Alma-Ata Bəyannaməsi Ermənistan üçün fundamental əhəmiyyət kəsb edir və İrəvan da bunun əsasında Azərbaycanla sülh prosesi qurur: "Alma-Ata Bəyannaməsinin bizim üçün nə qədər vacib və fundamental olduğunu bilirsiniz və biz bu bəyannaməyə əsaslanırıq və Azərbaycanla bu təməl üzərində sülh qururuq. Və bu, bizim prinsipial mövqeyimizdir".
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər edib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK