Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb.
Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır: "Həmçinin sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır, Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazilərlə dəyişməlidir".
Paşinyan qeyd edib ki, "Sülhün kəsişməsi" ("Crossroads of Peace") layihəsi çərçivəsində və ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır".
Ermənistan hökumət başçısının sözlərinə görə, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə son təmaslardan sonra onda belə bir qənaət formalaşıb ki, iki ölkə arasında sülh məhz bu formada təmin edilə bilər.
///apa.az/// / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Tanışının fotolarını çəkib şantaj etməkdə ittiham olunan qardaşlarla bağlı QƏRAR
Qazın qiyməti bahalaşır
ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?
Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Lənkəranda ev yanaraq külə döndü
Dünənki oyunda ölən əcnəbi baş direktor imiş
Yevlaxda avtomobil yük maşını ilə toqquşdu, iki nəfər öldü
Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı
ABŞ-da fövqəladə vəziyyət: məşhur parad təxirə salındı
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
Tərtər 'Gənclər paytaxtı', Masallı isə 'İdman paytaxtı' seçilib
9 məşhur sərbəst buraxıldı - biri həbs olundu
Sülh körpüsü' təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək