Paşinyan: "Ermənistan və Azərbaycan nümayəndələri arasında tez-tez görüşlər keçirilməlidir
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, iki ölkə arasındakı münasibətlərdə böhranlı vəziyyətlərdən yayınmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha intensiv xarakter almalıdır.
Azxeber.com "Oxu.az"a istinadən xəbər verir ki, o, bunu çərşənbə axşamı təşkil edilən onlayn mətbuat konfransı zamanı bəyan edib.
"Mövcud vəziyyətə əsasən hesab edirəm ki, Ermənistan və Azərbaycan nümayəndələri arasında tez-tez görüşlər keçirilməlidir ki, böhranlı vəziyyətlərdən çıxış yollarını tapa bilək", - deyə Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, hazırda sərhəddə mümkün insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan Müdafiə Nazirliklərinin rəhbərləri arasında operativ əlaqə yaradılması müzakirə olunur.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı