Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: "Mən olanı demişəm
Sabiq təhsil naziri Misir Mərdanovun Ermənistan və Ermənistanın baş naziri Nikol Paşinyan ilə bağlı müsahibəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
O müsahibəsində "Paşinyan bizim rayondan - İcevandandır. Onun əmisi rayonda tanınmış həkim idi. Xəstələrin əməliyyata ehtiyacı olduqda hamı o cərrahı axtarırdı" deyib.
Fikirləri gündəm olunan sabiq nazir Misir Mərdanov azxeber.com-a açıqlamasında Paşinyan haqda fikirlərinə belə aydınlıq gətirib:
"İlk onu bildirim ki, bizim kənddə heç vaxt erməni yaşamayıb. Ancaq rayonumuz erməni rayonu olub. Mən şəxsən Paşinyanı və əmisini tanımıram. Ancaq danışılanlardan eşitmişəm ki, bizim rayonda tanınmış həkim olub. Onun üzünü də heç vaxt görməmişəm. Görə də bilməzdim. Çünki mən orta məktəbi qurtarıb Bakıya gəlmişəm. Mən olanı və eşitdiyimi demişəm.
Misir Mərdanov onu tənqid edənlər haqda da danışıb:
"Haqqımda kim nə deyir desin. Mən heç kəsi tərifləməmişəm. Sadəcə olaraq eşitdiklərimi danışmışam. Mənim eşitdiklərimi müzakirə edənlər nə tez unutdu ki, 1988-ci ilə qədər Bakıda əsas vəzifələri ermənilər tutmuşdu. Bunu hamı bilir, bilməyən yoxdur. Böyük küçələrimizin adı ermənilərin adına idi".
Günel Hüseynli
Turlar.az [newsid: 0-123300]

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
Sabah 16 mindən çox abonentin qazı kəsiləcək
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb