Paşinyan hər şeyə razıdır, təki bu olmasın - Qriqori Trofimçuk
İlin sonunda, xüsusilə də Rusiyada bütün görüşlər tam formal xarakter daşımır, çünki ilin nəticələri müzakirə olunur, bu isə kifayət qədər mühümdür. Beynəlxalq vəziyyət Rusiyaya belə bir anlıq da olsa, rahatlamağa imkan vermir.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə ekspert, "Avrasiya ideyalarının emalatxanası" elmi araşdırmalara dəstək Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk deyib.
"Soçi-Brüssel-Sankt-Peterburq və s… Bütün sensasiyalar, dediyim kimi, masa arxasındakı rəsmi, yüksək səviyyəli söhbətlərdən kənarda yaranır. Bunu Əliyevlə Paşinyanın qeyri-formal görüşü haqqında da demək olar.
Nikol müharibədə məğlub olub, indi də "qalstuksuz" rejimdə rahatlaşıb. O zaman elə bir qənaətə gəlmək olar ki, Nikolun, eləcə də Ermənistanın vəziyyəti çox yaxşıdır. Yəni, istirahət edib, kokteyl içmək üçün səbəbləri var.
Moskva üçün isə Qarabağ müharibəsinin açıq fazada olmamağı vacibdir və kifayət edir.
Paşinyan da indi yeni taktikaya üz tutmağa qərar verib. Hamı ilə razıdır, Türkiyə ilə aviareyslər, sülh müqaviləsi… – hər şeyə hazırdır. Əsası da odur ki, onu yenə də müharibə aparmağa məcbur etmirlər", – müsahibimiz qeyd edib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı