Paşinyan İlham Əliyevlə Londondakı görüşdən buna görə imtina edib - AÇIQLAMA
Ermənistan baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi, daha sonra isə Ermənistan hökumətinin bu imtinanın doğurduğu reaksiyadan və məsuliyyətdən əndişələnərək, bunu təkzib etməyə çalışması Nikol Paşinyanın sülh çağırışlarında səmimi olmadığını bir daha təsdiqlədi.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mövzu ilə bağlı jurnalistlərə müsahibəsində Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinasını sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndiririb:
Maraqlıdır, bu olayın sülh prosesinə hansısa mənfi təsirləri ola bilərmi?
Mövzü ilə bağlı KONKRET.az-a danışan hərbi-siyasi ekspert Azad İsazadənin Paşinyanın görüşdən imtinasının mümkün səbəblərinə toxunub:
"İlham Əliyev ilə Paşinyanın qeyri-rəsmi görüşündə yəqin ki, Britaniya nümayəndəsi də iştirak edəcəkdi. Belə olduqda isə Britaniya faktiki təşəbbüskar rolunda çıxış edəcək və bu danışıqlar Britaniyanın təşəbbüsü ilə baş tutacaqdı. Paşinyan isə bunu istəmir. Xatırladım ki, Azərbaycan da qarşı tərəflə Parisdə görüşməkdən imtina etmişdi. Fransa təşəbbüs göstərəndə biz nə edirik? Fransanı obyektiv və ermənipərəst hesab etdiyimizdən həmin təşəbbüsə isti yanaşmadığımızı ifadə edirik. Böyük ehtimalla, Paşinyan hesab edib ki, Britaniyanın təşəbbüsü ilə keçirilən görüşdə London Azərbaycanın maraqlarını daha çox dəstəkləyəcək. Paşinyan bu səbəbdən London meydanındakı görüşdən imtina etdi".
Ekspert düşünür ki, bu imtina sülh müqaviləsinin imzalanması yönündə fəallığa mənfi təsir etməyəcək:
"Azərbaycan dəyişməz mövqeyni ortaya qoyub ki, Ermənistan konstitutsiyasında dəyişikliklər etməyənə qədər sülh müqaviləsi imzalanmayacaq. Ermənistan isə yaxın gələcəkdə referendum keçirərək konstitutsiyanı dəyişə bilmədiyinə görə hesab edir ki, görüşdə müzakirə etməyə hansısa məsələ qalmır. Paşinyan konstitutsiyanın dəyişdirilməsi ilə bağlı istəyini bəyan edib, amma hələ ki, referendum keçirməyə şəraiti yoxdur. Ona görə də Paşinyan üçün bu görüşdə nəyi isə müzakirə eləməyə mövzu da yox idi".
Ekspert əlavə edir, XİN rəhbərləri və ya baş nazirlərin müavinləri delimitasiya və texniki məsələlərlə məşğul olurlar. Londondakı bu görüş Fransanın sülh prosesindən uzaqlaşmasına gətirib çıxara bilər.
Mədinə Useynova
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi