Paşinyan: "İrəvan delimitasiya-demarkasiya üzrə komissiyanın işinin əsasnamə layihəsini Bakıya təhvil verib"
İrəvan delimitasiya və demarkasiya üzrə komissiyanın işinin əsasnamə layihəsini Bakıya təhvil verib.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
O bildirib ki, İrəvan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinin əsasnamə layihəsini Bakıya göndərib.
"Bu yaxınlarda biz Azərbaycana delimitasiya komissiyasının işi ilə bağlı əsasnamə layihəsi təqdim etmişik və cavab gözləyirik", – Paşinyan deyib.
O, qeyd edib ki, fevralın 16-da təhvil verilən sülh sazişi layihəsinə Ermənistan hələ də Azərbaycanın cavabını almayıb.
"Hələ cavab yoxdur. Bir az vaxt tələb olunur. Amma sülh sazişi ətrafında işin 3 mərhələsi artıq baş tutub. Bu istiqamətdə işlər davam etdirilməlidir.
Ermənistan və Azərbaycan nümayəndələrinin şəxsi görüşlərindən asılı olmayaraq, sənədlər üzərində iş davam edir və bu iş heç də həmişə şəxsi görüşlər tələb etmir", – deyə Paşinyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir