Paşinyan jurnalistin "delimitasiya" sualına elə cavab verdi ki... - Ermənistan ŞOKDA
Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə Baş nazir Nikol Paşinyan jurnalistin "Əgər delimitasiya və demarkasiya aparılmayıbsa, nə üçün Gorus-Qafan yolunun bir hissəsi şifahi qərarla Azərbaycana təhvil verilib?" sualını cavablandırıb.Paşinyan bu qərarı düzgün hesab etdiyini bildirib.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhdən danışıldığı bir dövrdə verilən açıqlamalar da bu istiqamətdə olmalıdır:
"Ermənistan Baş nazirinin söylədiyi fikirlər reallığı əks etdirir. Vaxtilə Ermənistan qanunsuz şəkildə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə daxil olub, işğal dövründə bəzi ərazilərimizi özünə birləşdirib. Bu baxımdan Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycanın ərazisində olması tamamilə haqlıdır. Lakin Ermənistan cəmiyyətindəki radikal ünsürlər və revanşist dairələr bu mövqeni fərqli formada şərh etməyə çalışırlar. Onlar Paşinyanın açıqlamalarını hakim komandanın üzərinə hücum elementi kimi təqdim edirlər ki, bu da doğru yanaşma deyil".
Politoloqun sözlərinə görə, Paşinyan bu dairələrin niyyətlərini yaxşı başa düşür və indiki sülh gündəminin müzakirə edildiyi mərhələdə onların arqumentlərinin əsassızlığını açıq şəkildə bəyan etməklə sülh prosesinə töhfə verməyə çalışır:
"Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi davam edir, sülh gündəliyi üzrə işlər görülür. Bu dövrdə qızışdırıcı ritorikadan uzaq durmaq çox önəmlidir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib