Paşinyan Moskvaya yola düşdü, amma geri qayıtsa... - Müxalifət təhdid edir (YENİLƏNDİ)
Ermənistanın baş naziri Nikol Paşinyan "Zvartnoç" hava limanına çataraq Moskvaya getməyi bacarıb.
Publika.az xəbər verir ki, müxalifətçilər hava limanına gedən yolda etiraz aksiyasını başa çatdırıb.
Etirazçılardan biri jurnalistlərə açıqlamasında bildirib ki, baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistanın hava məkanı onun üçün bağlanacaq: "Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və sabah imzaladığı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq".
xxx
08:12
Ermənistan müxalifətinin bəzi fəalları bu gün baş nazir Nikol Paşinyanın Moksvaya səfərinə mane olmağa çalışacaq.
Publika.az xəbər verir ki, bu barədə "Vətən" Partiyasının üzvü Arsen Babayan özünün "Facebook" hesabında bildirib.
"Satqının (Nikol Paşinyanın-red) təyyarə ilə Moskvaya uçmasına yol verməmək üçün saat 8:00-da "Zvartnoç" hava limanının yaxınlığında olacam. Vətənimizin itirilməməsi üçün mənə qoşulun", - Arsen Babayan sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, Nikol Paşinyanın Ermənistanın maraqlarına zidd olan istənilən qərarı erməni xalqı tərəfindən rədd ediləcək, ratifikasiya olunmayacaq və hakimiyyətin dəyişilməsindən sonra ləğv ediləcək.
"Bu görüşün nəticəsi 9 noyabr kapitulyasiyasının davamı ola bilər", - deyə müxalifətçi bildirib. O, iddia edib ki, Paşinyan Ermənistanı təmsil etmir və baş nazirin buna səlahiyyəti yoxdur.
"Vətəndaşları ölkənin müdafiəsinə qalxmağa və satqınlığa yol verməməyə çağırıram. Faciəli prosesi dayandırmağın yeganə üsulu satqını hakimiyyətdən kənarlaşdırmaqdır və biz bu istiqamətdə var qüvvəmizlə çalışacağıq", - o əlavə edib.
Əliyev, Putin və Paşinyan bu gün Dağlıq Qarabağı MÜZAKİRƏ EDƏCƏK
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq