Paşinyan niyə müharibə başlayandan 1 ay sonra Putinə məktub ünvanladı? - RƏSMİ AÇIQLAMA
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərin Ermənistanın Qarabağda hərbi əməliyyatların başlamasından bir ay sonra hərbi yardım üçün Rusiyaya müraciət etməsi ilə bağlı sualını cavablandırıb.
Publika.az xəbər verir ki, Qriqoryan mövcud vəziyyət nəzərə alınaraq Rusiyaya müraciət etmək barədə qərar verildiyini bildirib.
"Azərbaycan qoşunlarının yerləşdirilməsi Ermənistan üçün təhlükə yaratdı, beləliklə belə bir qərar verildi", - baş nazirin müavini deyib.
O, Ermənistan baş nazirinin yüksək rütbəli hərbi heyətlə məsləhətləşmələrdən sonra Rusiya Prezidenti Vladimir Putinə müraciət məktubu ünvanlaması barədə məlumatı təsdiqləyib.
Qeyd edək ki, 31 oktyabrda Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərmiş və bu məktubda Rusiya və Ermənistan arasında "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi"nin ikinci bəndinə əsasən, təcili olaraq Ermənistana yardım göstərilməsinə dair məsləhətləşmələrə başlamağı xahiş etmişdi. V.Putin isə məktuba cavab yazmamışdı. Əvəzində Rusiya Xarici İşlər Nazirliyi rəsmi internet səhifəsində ümumi məzmunlu bəyanat dərc etmişdi.
Xatırladaq ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin ikinci maddəsi tərəflərin suverenliyi, ərazi bütövlüyünün qorunması və Rusiya Federasiyası ilə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir-biri ilə sıx qarşılıqlı əlaqədə olacağını ehtiva edir.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür