Paşinyan Putinin "damarına basdı" - "Ermənistanın bu addımı Rusiyanı hərəkətə keçirəcək"

Paşinyan Putinin Ermənistan Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci oxunuşda və tam şəkildə qəbul edilib. Bu qanun layihəsinin qəbulu Rusiya tərəfindən necə qarşılanacaq? İrəvana qarşı real təzyiqlər başlana bilərmi və bu, hansı formada olacaq? Ümumiyyətlə, Ermənistanın Aİ-yə qoşulması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, qonşu Ermənistanın istənilən təşkilata üzv olması onun sərbəst hüququdur:
"Amma bu, onu göstərir ki, Ermənistan öz müttəfiqlərini tez-tez dəyişir və onlara xəyanət edir. Erməniləri vaxtilə Cənubi Qafqaza Çar Rusiyası köçürüb. Sovet İmperiyası dövründə isə Ermənistan SSRİ büdcəsi və siyasi dəstəyi ilə ayaqda dayanıb. Eyni zamanda torpaqlarımızın işğalında da Rusiyanın müəyyən dairələrinin dəstəyi böyük rol oynayıb. Bu gün Ermənistan Rusiyadan istədiyini alıb. İrəvan hesab edir ki, Moskva artıq İrəvana heç nə verə bilməz. Ona görə də, Rusiyadan daha böyük güc mərkəzinə, Avropa Birliyinə üz tutmağa səy göstərir. Avropa isə Ermənistan vasitəsilə Qafqazda öz mövqelərini gücləndirməyə çalışır. Ancaq zəif, qonşu dövlətlərlə konflikti olan Ermənistan Avropa Birliyinə heç nə verə bilməz".
Paşinyan Putinin Millət vəkilinin sözlərinə görə, Ermənistanın bu hərəkəti Rusiya tərəfindən çox böyük narazılıqla qarşılanacaq:
"Eyni zamanda Avropa Birliyinə üzv olarasa, İrəvan mütləq Qərbin Rusiyaya qarşı sərt sanksiyalarını müdafiə etməlidir. Üzvlüyə namizədliyi dövründə bunu əyani təsdiqləməlidir. İrəvan bu gün Avropanın biznes dairələri üçün elə də maraqlı deyil. Ancaq situasiyadan istifadə edərək ermənilərin Avropa ölkələrinə köçməsi və onlara yük olması tamamilə gözləniləndir. Azərbaycan üçün Ermənistanın hansı təşkilata üzv olmasının elə də böyük əhəmiyyəti yoxdur. Rəsmi Bakı bu gün öz ərazi bütövlüyünü təmin edib. Suveren ərazisində hüquqlarını həyata keçirir və Ermənistanla münasibətlərini beynəlxalq hüquq normalarına əsasən qurur. Ermənistanın bu addımı İrəvanla onun keçmiş müttəfiqi arasında çox ciddi problem yaradacaq".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 27 mart 2025
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugunun xeberleri sou biznes novruz bayramı