Paşinyan: TRIPP üzrə razılaşmalar mümkün qədər tez bir zamanda de-yure təsdiqlənməlidir

Paşinyan: TRIPP üzrə razılaşmalar mümkün qədər tez bir zamanda de-yure təsdiqlənməlidirTRIPP-in icrası üzrə çərçivə sənədi sülh prosesinin daha bir əsas sənədidir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
O bildirib ki, adıçəkilən sənəd 2025-ci il 8 avqust tarixli bəyanatdan sonra növbəti vacib addımdır.
Paşinyanın sözlərinə görə, həmin bəyanat çərçivə səviyyəsində sülh prosesinin əsas və prinsipial məsələlərindən biri — regional kommunikasiyaların açılması məsələsini həll edir və bu, bütün fundamental məsələləri əhatə edir: "Bəyanatın mənası və praktik əhəmiyyəti ondadır ki, ölkəmizdə və regionumuzda sülh çox konkret və praktik addımlarla təmin olunur və bu artıq reallıqdır".
Paşinyan mövcud sülhün qorunmasının vacibliyini qeyd edərək bildirib ki, Ermənistan tarixən uzunmüddətli sülh şəraitində yaşamayıb və bu proses yeni mədəniyyət və düşüncə tələb edir: "Münaqişə məntiqi hələ də dilimizdə və ifadələrimizdə çox güclüdür, sülh isə şüurumuza çox yavaş daxil olur. Son 35 ilin təcrübəsini nəzərə alsaq, bu normaldır. Amma önəmli olan odur ki, artıq yerində mövcud olan reallıqlar sosial-psixoloji sülh bazasının formalaşmasına xidmət etməlidir".
Baş nazir əlavə edib ki, TRIPP çərçivəsində əldə olunmuş razılaşmalar mümkün qədər tez bir zamanda de-yure müqavilələr şəklində təsdiqlənməlidir: "Biz müqavilə layihələri və zəruri hüquqi qərarlar üzərində işə başlamalıyıq. Xüsusilə, Ermənistan Respublikasında TRIPP adında bir şirkət yaradılmalıdır. Həmçinin marşrutlar, tikinti hüquqları, torpaqdan istifadə və tikinti icazələrinin müəyyən edilməsi vacibdir".
O, dövlət strukturlarının gələcək proseslərə artıq bu gün hazırlaşmalı olduğunu vurğulayıb.
///APA / azxeber.com

Siyasi       Tarix: 16 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag