Paşinyan yeni agent şəbəkəsi yaradıb – Rusları narahat edən də budur

Paşinyan yeni agent şəbəkəsi yaradıb – Rusları narahat edən də budurErmənistan kimi ölkələrdə agentlər və casuslar haqqında hekayələr həmişə aktualdır. Həmin adamlar müxtəlif məsələlər baş qaldıranda öz varlıqlarını nümayiş etdirirlər. Bu ittihamlar həm bütövlükdə, həm də ayrı-ayrılıqda, əsasən, hakimiyyətə yönəlib.
Ermənistan hökumətinin 2020-ci il müharibəsindən sonrakı davranışı cəmiyyətdə parçalanmaları dərinləşdirib. Casusluq ittihamı ilə həbs edilənlərin sayında müşahidə olunan artım da buna sübutdur.
KONKRET.az sosial şəbəkələrin erməni seqmentini, yerli medianı, beyin mərkəzlərini, strateji araşdırma idarələrinin mütəmadi hesabatlarını izləyən media orqanı kimi bu qənaətə gəlib ki, Ermənistanda "5-ci kolon" sözü bizdəki kimi tez-tez işlədilir. Bu ifadə baş nazir Nikol Paşinyanın dilinin əzbəridir.
Ermənistan cəmiyyətində "5-ci kolon" özünü inkar etmir və varlığını daim nümayiş etdirir. Bu meyllər əsasən də Paşinyanın Rusiya əleyhinə səsləndirdiyi fikirlərdən sonra baş qaldırır. Ermənistan hökuməti "5-ci kolon"a alternativ də fikirləşib. Paşinyan yeni agent şəbəkəsi yaratmaqla ona müxalif olan qüvvələrin işini nəzarət altına alır.
Söhbət agentlərin birbaşa işə cəlb edilməsindən, kiminsə casuslar siyahısına salınmasından yox, onun məxfi kəşfiyyatçılar kimi atdığı addımlardan gedir. Məhkəmə sistemindən tutmuş, dövlət qulluğuna, polisdən tutmuş, prokurorluğa qədər bütün sahələrdə "yaxşı davranış" qaydaları tətbiq edilib. Qrant seminarlarında onlar haqqında mühazirələr səslənir. Praktikada bu qurumlar hətta şüuraltı səviyyədə belə, gizli məlumat təcrübəsi aşılayır və onun köməyi ilə istənilən tələbi ödəyir. Polis əməkdaşı həmkarının "nalayiq davranışı" barədə müvafiq orqana məlumat verir. Hakim və ya nazirlik əməkdaşı da eyni üsuldan istifadə edir.
Geniş ictimaiyyət üçün eyni mexanizm fərqli paketdə təqdim olunur. Bu da hətta bəzi ağır cinayətlər zamanı "tövbə etməyə" imkan verir. Burada əsas məqsəd istintaq orqanları ilə əməkdaşlığa cəlb etməkdir. Hakimiyyət müəyyən xüsusiyyətlərlə, yeni media qanunvericiliyi ilə oxşar mexanizm tətbiq etmək istəyir ki, bu da istər-istəməz jurnalist həmrəyliyinin parçalanmasına və ayrı-seçkilik yaranmasına gətirib çıxaracaq. Ayrı-ayrılıqda qəbul edilən bu cür təşəbbüslər nəinki narahatlıq doğura, hətta cəlbedici görünə bilər. Ancaq ümumilikdə, hamının hamıdan şübhələndiyi, heç kimin heç kimə inanmadığı və nəticədə hamının "böyük qardaş"dan qorxduğu bir reallığın formalaşmasına töhfə verir. Bu, Nikol Paşinyanın ardıcıl olaraq "demokratiya qalası" adı altında yaratdığı klassik avtoritar rejimlərə xas sistemdir. Həqiqi demokratik ölkələrdə hökumət və məmurlar cəmiyyətin agenti kimi çıxış edərək, ictimaiyyət tərəfindən verilən səlahiyyətləri həyata keçirirlər. Ermənistan kimi avtoritar məzmunlu demokratiyalarda isə cəmiyyətin böyük bir hissəsi özü də fərqinə varmadan hakimiyyətin agentinə çevrilir. Bu da bir çox xoşagəlməz nəticələrlə yanaşı, hökumətin qorxduğu sosial konsolidasiya və səfərbərlik imkanlarını aradan qaldırır.
Bu, əslində Qərbə özünü ən böyük demokrat kimi göstərən Paşinyanın siyasi ikiüzlülüyüdür. Siyasi dəllallıqla məşğul olan Nikolun simulyasiyası köhnəlmiş taktikadır və Qərbdə də bunu anlayırlar. Amma onu "demokratik düşərgənin şanlı əsgəri" kimi qələmə verən Qərb bütün çirkin oyununu məhz Paşinyanın ən böyük "demokratlığı" üzərində qurub. Bundan isə əziyyət çəkən təkcə region dövlətləri deyil, həm də erməni xalqıdır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 10 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri valyuta mezennesi banklar ən son xeberler axsam.az xeberler