"Paşinyan Zəngəzur dəhlizini açmaq fikrində deyil" - Rusiyalı politoloq

"Münasibətlərin pisləşməsinə səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyidir. Yaxşılaşmanın mümkünlüyünə gəlincə, hələlik təəssüf ki, Moskvanın erməni tərəfdən aldığı mesajlar mənfidir. Söhbət Ermənistanın yüksək səviyyəli rəsmilərinin ictimai bəyanatlarından, İrəvanın əməli siyasətindən və əməllərindən gedir".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
O, Ermənistanın Rusiyaya qarşı irəli sürdüyü mümkün tələblər haqqında da danışıb.
"Əslində, İrəvan indi Moskvadan heç nə istəmir. O, Qərbə üz tutur, Avropa İttifaqı və bir sıra Qərb dövlətləri ilə əlaqələr qurur, fəal şəkildə inkişaf etdirir, qeyri-dost bəyanatlar verir. KTMT-dən çıxmaq, Rusiya ilə siyasi münasibətləri kəsmək imkanları müzakirə edilir. Bu, bir tərəfdən hərbi-siyasi şantaj olsa da, digər tərəfdən İrəvanın Qərbin təhlükəsizlik institutlarına əsaslanacağına nümunədir", – deyə politoloq bildirib.
Korotçenko deyb ki, Paşinyan Zəngəzur dəhlizini açmaq fikrində deyil.
"Ona görə də deyə bilərik ki, mövcud olan bütün əsas razılaşmalar ləğv edilir və İrəvan Moskvaya arxalanmadan və bu prosesdə onun həlledici rolu olmadan yeni reallığa inteqrasiya etməyə çalışır. Hazırda bizim Paşinyan üzərində kifayət qədər təsir rıçaqlarımız yoxdur. İqtisadi rıçaqlarımız var, amma onlardan istifadə edilib-edilməyəcəyini hələ bilmirəm. Paşinyanın üzərinə on çəllək çirkab töksək də, heç nə dəyişməyəcək. Onun Ermənistan daxilində ciddi dayaq bazası var, o, legitimdir və uzun müddət legitim qalacaq. Ona görə də Ermənistanla işi yeni müstəvidə və yeni komanda ilə qurmaq, ölkədəki ictimai-siyasi proseslərə effektiv təsir göstərmək üçün respublikada Karen Şahnazarov kimi kadrları tapmaq lazımdır. Qlobal erməni diasporunun dağıdıcı fəaliyyətinə də aktiv şəkildə qarşı çıxmaq lazımdır ki, burada da heç kim bunu etmir. ABŞ və Fransadakı erməni diasporu tamamilə anti-Rusiya təşkilatlarıdır və onlara müqavimət göstərmək lazımdır", – deyə İqor Korotçenko fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 04 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber az xeber cəbhədən xəbər cəbhədən yeni xəbərlər