Paşinyana qarşı təzyiqlər artır: "Əgər Nikol devrilsə, o zaman sülh müqaviləsi..."
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan davamlı olaraq onu Ermənistanı müharibəyə sürükləməkdə ittiham edirlər. Maraqlıdır, Paşinyanın keçmiş rəhbərləri hədəf alması nə ilə nəticələnəcək? Bu, Azərbaycan-Ermənistan danışıqlarına hansısa təsir göstərə bilərmi?
Məsələni KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov qeyd edib ki, Paşinyan özündən əvvəlki siyasi komandanın ittihamları ilə üz-üzə qalır:
"Gələn il Ermənistanda keçiriləcək seçkilər öncəsində revanşist dairələrin və müxalif qüvvələrin təzyiqlərinin artacağı açıq şəkildə görünür. Paşinyan da buna cavab olaraq keçmiş prezidentlərin ittihamlarını rədd edir və onların iç üzünü ortaya çıxarır. Çünki Paşinyanın səhvlərinə baxmayaraq, Köçəryan, Sərkisyan və Petrosyan təkcə işğalçılıq və Azərbaycan xalqına qarşı cinayətlərdə deyil, həm də Ermənistanın gələcəyini məhv etməkdə məsuliyyət daşıyırlar".
Politoloqun sözlərinə görə, seçkilər yaxınlaşdıqca, xarici dairələrin dəstəyi ilə Paşinyana qarşı təzyiq və təhdidlərin daha da güclənəcəyi gözlənilir:
"Onlar müxtəlif üsullarla Paşinyana qarşı kampaniya aparmağa çalışacaqlar. Amma Paşinyan bunun fərqindədir və mübarizə aparır".
Tural İsmayılov həmçinin hesab edir ki, Paşinyanla keçmiş prezidentlər arasındakı qarşıdurmanın Azərbaycan-Ermənistan danışıqlarına ciddi təsiri yoxdur:
"Çünki bu şəxslərin Ermənistanda nüfuzu qalmayıb. İnanmıram ki, Ermənistan hakimiyyəti onların təxribatları ilə Azərbaycanla münasibətlərdə əldə olunan nəticələrə zərbə vursun".
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib