Paşinyandan ACI ETİRAF: "Rusiyanın neytrallığını anlayırıq
"Yerevan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqeyinə anlayışla yanaşır".
Publika.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan "Əl-Cəzirə" telekanalına müsahibəsi zamanı bildirib.
"Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir və bu statusuna görə öz neytrallığını qoruyub saxlamalıdır", - deyə N.Paşinyan bildirib.
Ermənistan lideri sözügedən çıxışı ilə əslində Rusiyadan gözlədiyi dəstəyi ala bilmədiyini etiraf edib. Nikol Paşinyanın bu acı etirafının təməlində isə Azərbaycanın uğurlu xarici siyasət xətti və Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması sahəsində qazanılan uğurlar dayanır.
Ermənistanın Baş naziri bu gün Rusiyanın neytrallığını anlayışla qarşıladığını desə də, dünən kömək üçün Moskvanın qapısını döyürdü. Bu zaman haqlı bir sual yaranır: Əgər erməni lider Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral mövqe nümayiş etdirməsini anlayırdısa, o zaman Moskvaya hərbi yardım üçün müraciətin səbəbi nə idi?
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək