Paşinyandan ermənilərə siyasi mesaj: "Geri çəkilməyəcəm, çünki..."
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında iş gününə şən musiqi ilə başladığını deyib. "Elvina Makaryanın mahnısı iş gününə gözəl başlanğıcdır" qeydini yazıb. Lakin bu paylaşım ölkə ictimaiyyətində geniş etiraz doğurub. Bəs görəsən baş nazirə qarşı bu aqressiyanın səbəbi nədir? Bu, Paşinyana qarşı narazılığın artması ilə bağlıdırmı?
Mövzunu KONKRET.az-a şərh edən Beynəlxaq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Ermənistanda gözlənilmədən ciddi problemlər üzə çıxıb və bu, hakimiyyət daxilində gərginliyi daha da artırıb:
"Parlament sədri Alen Simonyan Paşinyana qarşı real rəqib kimi ortaya çıxıb. Bu isə hakimiyyət daxilində dönüşü olmayan problemlərin başlanğıcıdır. Paşinyanın yaxın silahdaşlarının belə onu siyasi məqsədlər naminə qurban vermək ehtimalı var. Məhz buna görə ictimai etirazlar da artır".
Ekspertin sözlərinə görə, Paşinyanın günə pozitiv paylaşım ilə başlaması əslində siyasi mesaj xarakteri daşıyır:
"Baş nazir bununla demək istəyir ki, hadisələrə baxmayaraq, o, mövqeyindən geri çəkilməyəcək. Paşinyan bu jestlə cəmiyyətə və siyasi rəqiblərinə "fəaliyyətimiz heç bir formada təsirlənməyəcək" mesajını
göndərir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib