Paşinyandan gözlənilməz addım – Kilsə keşişləri ilə görüşdü
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Apostol Kilsəsinin (AAC) bir qrup arxiyepiskop və yepiskopunu qəbul edib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüşün görüntüləri hökumət başçısının sosial şəbəkə hesablarında yayımlanıb.
Məlumata görə, Paşinyan görüş zamanı din xadimlərinə ictimai şəkildə nümayiş etdirdikləri "prinsipial mövqe"yə görə təşəkkürünü bildirib. Baş nazirin sözlərinə görə, dövlətin mövcudluğu dəyərlər sistemi ilə sıx bağlıdır və bu mövzuların müzakirəsi Ermənistanın gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Paşinyan hakimiyyətə yaxın media və Teleqram kanallarında yayılan, din xadimlərinə aid edilən bəyanatı da xatırladıb. Həmin sənəddə Bütün Ermənistan katolikosu II Qareginin fəaliyyəti tənqid olunur, eləcə də arxiyepiskop Arşak Xaçatryan ətrafında baş verən qalmaqalın "ört-basdır edilməyə çalışıldığı" iddia edilir. Sənəddə din xadimlərinin imzalarının ayrıca səhifədə göstərilməsi isə sənədin autentikliyi (əsl, orijinal) ilə bağlı suallar yaradıb.
Bunun fonunda Eçmiədzində keşiş Asogik Karapetyan jurnalistlərə açıqlamasında sənədin həqiqiliyinə dair heç bir sübutun mövcud olmadığını bildirib. O, medianı araşdırma aparmağa və yayılan bəyanatın gerçəkliyini müəyyənləşdirməyə çağırıb.
Qeyd edək ki, 25 oktyabrda yeni yaradılmış bir Teleqram kanalında intim xarakterli video yayılıb və onun arxiyepiskop Arşak Xaçatryana aid olduğu iddia edilib. Din xadimi ittihamları qətiyyətlə rədd edərək görüntüləri "uydurma və böhtan" adlandırıb.
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib