Paşinyandan ŞOK ETİRAF: "Uzun illər səhv etmişik"
Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin uzun illər səhv etdiklərini deyib.
Publika.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.
Bildirib ki, ermənilər reallıqla üzləşməli və uzun illər səhv etdiklərini etiraf etməlidirlər.
"Səhvlərimiz sistemli, konseptual, dolğun xarakter daşıyırdı. Bütün bunlar hətta dövlət institutlarımız üçün təhlükə yaradan nəticələrə gətirib çıxardı. Bunu baş nazir olanda və bundan sonra başa düşdüm? Əlbəttə, bəli. Vəziyyəti dəyişdirməyə çalışdım? Əlbəttə, bəli. Ancaq indi daha da əminəm ki, tarixin hərəkət edən çarxını dayandırmaq üçün sadəcə vaxt yox idi", - deyə baş nazir bildirib.
O, baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü və xalqın verəcəyi hər bir qərarı itaətkarlıqla qəbul edəcəyini deyib:
"Bu, əlbəttə ki, müharibə şəraiti ilə bağlı bir araşdırma aparmaq lazım olmadığı və konkret epizodların günahkarlarını tapıb məsuliyyətə cəlb edilməməsi demək deyil, əksinə, reallığın daha dərindən təhlilinə ehtiyacımız var, çünki baş verənlər bir və ya bir neçə insanın cəmi bir neçə illik səhvlərinin nəticəsi ola bilməz".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək