Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
Ermənistanda "Hayakve" ("Ayakve") təşəbbüsünün koordinatoru, revanşist Avetik Çalabyan məhkəmə qərarı ilə həbsdən azad edilib.
KONKRET.az xəbər verir ki, İrəvanın Şenqavit rayonunda keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Çalabyanın həbs müddətinin daha iki ay uzadılmasını istəyib. Müdafiə tərəfi isə onun azadlığa buraxılmasını tələb edib.
Hakim David Balayan tərəfləri dinlədikdən sonra Çalabyanın həbsdə saxlanılması üçün əsasların olmadığını bildirib və onun barəsində hər hansı digər qətimkan tədbirinin də seçilməməsinə qərar verib. Çalabyan məhkəmə zalından dərhal azadlığa buraxılıb.
Çalabyan iyunun 24-də saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib. Ona qarşı 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərində vətəndaşların seçki hüququnun həyata keçirilməsinə mane olmağa hazırlıqla bağlı ittiham irəli sürülüb. Çalabyan ittihamları rədd edir.
Çalabyan Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin əsas tənqidçilərindən biri kimi tanınır. O, "Hayakve" milli-vətəndaş hərəkatının koordinatorudur.bakupost.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun