Paşinyanın "kişi sözünə" QADINLAR QULAQ ASDI

Paşinyanın "kişi sözünə" QADINLAR QULAQ ASDIBir aydan çoxdur işğal altında olan Qarabağ uğrunda aparılan hərbi əməliyyatlarda Azərbaycana məğlub olan Ermənistan döyüşlərə göndərməyə adam tapmadığından naümid halda yeni yollar axtarır.
Publika.az xəbər verir ki, düşmən çarəsizlikdən qadınlardan ibarət dəstələr formalaşdıraraq cəbhəyə göndərməyə hazırlaşır. Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan öz feysbuk hesabında qadınların fotosunu paylaşaraq təlim keçdiklərini bildirib.
Artıq bu döyüşlərdəki məğlubiyyət Ermənistan cəmiyyətində miskinlik və xaos yaradıb. Erməni kişilər öləcəklərini bildikləri üçün döyüşə getməkdən imtina edirlər. Əsgər anaları Paşinyan əleyhinə mitinqlər keçirirlər. Cəbhəyə getməyənlər isə evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlardan görünür ki, Ermənistan Ordusunun diviziyaları döyüşə girməkdən imtina edərək mövqelərini tərk edirlər. Ön cəbhədə olan əsgərin qaçmaması üçün onların arxasında cəza taborları dayanır. Erməni hərbi polisi döyüşdən yüzlərlə şəxsi həbs edib, fərarilərin güllələndiyi ilə bağlı məlumatlar yayılır. Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib.
Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.
Artıq problemin böyüklüyü onları idarə edən şəxslərə də çatıb. Həm Paşinyan, həm də Araik Arutyunyan dəfələrlə xalqa müraciət edərək kömək istəyib. Bir neçə gün öncə müharibə ilə bağlı Ermənistan vətəndaşlarının ruh düşkünlüyünü açıq-aşkar etiraf edən separatçıların "rəhbər"i Araik Arutyunyan qələbə üçün duaya ehtiyacları olduğunu demişdi. O, "vətəndaşları" imkan daxilində cəbhəyə getməyə və bu qərardan geri dönməməyə çağırmışdı. Son günlər Ermənistan rəhbərliyi də bu cür videomüraciətlər yayaraq döyüşə getməyə hərbçi axtardığını dəfələrlə bəyan edib.
Belə ki, baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl rəsmi feysbuk hesabında açdığı canlı videomüraciət zamanı döyüşmək üçün az qala, xalqına yalvarıb. O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında könüllü dəstələr yaradılması üçün şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edib. Bununla yanaşı o, acizanə şəkildə Qarabağdan olan bütün iş adamlarını və tələbələri dərhal Xankəndinə qayıtmağa çağırıb.
Lakin Ermənistanda döyüş qabiliyyəti olan şəxslər bu çağırışa cavab vermədiyindən, ermənilər qadınlardan ibarət dəstələri cəbhə xəttinə göndərirlər. Qadın dəstələrinə keçirilən təlimlərin nə zaman nəticə verəcəyi, effektli olub-olmayacağı ilə bağlı sualın cavabı isə yəqin ki, məlumdur. / "Qafqazinfo"

Dünya       Tarix: 31 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı beynelxalq bank mezenne siyaseti xeberler bugun son xeber.az