Paşinyanın qələbəsi sülh prosesinə necə təsir edəcək? – AÇIQLAMA

Paşinyanın qələbəsi sülh prosesinə necə təsir edəcək? – AÇIQLAMA"Nikol Paşinyanın qələbəsi regional perspektivlər baxımından böyük əhəmiyyət daşıyır"
Bu fikirləri azxeber.com-a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib.
Paşinyanın qələbəsi sülh prosesinə necə təsir edəcək? – AÇIQLAMAPolitoloq bildirib ki, Ermənistanda keçirilən seçkilər kifayət qədər gərgin və mürəkkəb şəraitdə baş tutub:
"Ermənistanda keçirilən gərgin seçkilər artıq başa çatdı və Nikol Paşinyan növbəti dəfə rəqibləri üzərində qələbə qazandı. Doğrudur, seçkilər kifayət qədər ağır və gərgin şəraitdə keçdi. Xaricdən ciddi müdaxilələrin olduğu bildirilirdi. Xüsusilə Rusiyanın təsiri və müdaxilə cəhdləri seçki prosesinə kölgə salırdı. Buna baxmayaraq, Nikol Paşinyan bütün təzyiqlərə tab gətirərək lazım olan nəticəni əldə etdi və cəmiyyətin dəstəyini qazana bildi".
O. Qasımovun sözlərinə görə, Paşinyanın qələbəsi regional perspektivlər baxımından da mühüm əhəmiyyət daşıyır:
"Seçkilərdə iştirak edən siyasi qüvvələr arasında qonşu ölkələrlə münasibətlərin normallaşdırılması ideyasını ən açıq şəkildə müdafiə edən əsas fiqur məhz Paşinyan idi. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, onun bu seçkilərdə əldə etdiyi nəticə əvvəlki seçkilərlə müqayisədə təxminən 4 faiz aşağıdır. Belə ki, əvvəlki seçkilərdə 54 faiz səs toplayaraq parlamentdə 71 mandat qazanmışdısa, bu dəfə 49,81 faiz səslə 61 mandat əldə edib".
Politoloq qeyd edib ki, parlamentdə Rusiya yönümlü qüvvələrin təmsilçiliyi artıb:
"Əgər əvvəlki çağırış parlamentdə həmin qüvvələrin 27 mandatı var idisə, hazırda bu rəqəm 44-ə yüksəlib. Bu vəziyyət Paşinyan üçün müəyyən siyasi çətinliklər yaratsa da, eyni zamanda sülh prosesinin irəliləməsi, kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində yeni imkanlar yarada bilər".
O. Qasımov hesab edir ki, Konstitusiya referendumu ilə bağlı qərar ölkədaxili siyasi vəziyyətdən asılı olacaq:
"Konstitusiya referendumu məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Paşinyan hələ seçkilərdən əvvəl və seçki kampaniyası dövründə yeni Konstitusiyanın qəbulu ilə bağlı mövqeyini açıq şəkildə ifadə etmişdi. Yeni Konstitusiya layihəsinin də hazır olduğu bildirilir. Lakin əsas sual bundan ibarətdir ki, Paşinyan bu il referendum keçirməyə qərar verəcəkmi? Bu, daha çox ölkədaxili siyasi vəziyyətdən asılı olacaq. O, əvvəlki seçkilərlə müqayisədə daha az səs topladığını əsas gətirərək prosesi müəyyən müddətə təxirə sala bilər. Bununla belə, gözləntilər ondan ibarətdir ki, əldə etdiyi qələbədən sonra verdiyi vədlərə sadiq qalacaq və referendumun keçirilməsi istiqamətində addımlar atacaq".
Politoloqun fikrincə, Konstitusiya ilə bağlı məsələlərin həlli bölgədə sülh və sabitlik üçün mühüm zəmin yarada bilər:
"Əgər Konstitusiya ilə bağlı məsələlər öz həllini taparsa, bu, bölgədə sülh və sabitliyin möhkəmlənməsi üçün vacib addım olacaq. Nəticə etibarilə, Cənubi Qafqazda tamamilə yeni siyasi mənzərənin formalaşması ehtimalı yaranır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi uğurla davam edərsə, gələcəkdə Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq formatının yaranması da mümkün ola bilər. Bu isə regionda sabitliyin, sülhün və iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edər".
Şəhanə Ziyad

Siyasi       Tarix: 09 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler ən son xeberler cəbhədən video oxu.az xeberler