Paşinyanın yeni müharibəni başlaması an məsələsidir - İLGİNC AÇIQLAMA

Paşinyanın yeni müharibəni başlaması an məsələsidir - İLGİNC AÇIQLAMAErmənistanın təxribatları davam etdikcə sülh müqaviləsinin bağlanması sual altına düşür. Son günlər Ermənistanın "humanitar fəlakət" adı altında başladığı şouya beynəlxalq təşkilatların reaksiyası onların birmənalı olaraq ermənipərəst mövqe sərgiləməsinin göstəricisidr. Azərbaycan əleyhinə bəyanatlar verən həmin qüvvələr ölkəmizi "humanitar fəlakət"də ittiham edir. Bu isə Azərbaycana qarşı təhdiddir.
Bunu KONKRET.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirdi ki, "Ermənistan – Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində ciddi təhdidlər yaranıb.
Paşinyanın yeni müharibəni başlaması an məsələsidir - İLGİNC AÇIQLAMABu təhdidlər ilk növbədə Laçın sərhəd – buraxılış məntəqəsi ətrafında Ermənistanın yaratdığı səs-küylə bağlıdır. Prosesi beynəlxalq ictimaiyyətə elə çatdırırlar ki, Azərbaycana qarşı təzyiqlər artsın. Azərbaycana qarşı hətta sanksiyalar tətbiq edilsin və ümumiyyətlə, niyyətləri ondan ibarətdir ki, sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılsın. Bundan sonra isə hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Artıq BMT-nin xüsusi məruzəçiləri Azərbaycanı ittiham etməyə başlayıblar. Onu elə təqdim edirlər ki, sanki Laçın yolu Qarabağdakı ermənilər üçün yeganə həyat yoludur. Və özlərini elə aparırlar ki, guya Ağdam – Xankəndi yolunu görmürlər.
Senatın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Robert Menendes nümyəndə heyəti ilə Ermənistanın Azərbaycanla şərti sərhədinə gəlib və oradan Azərbaycana təzyiqlər göstərir, ermənipərəst mövqe ortaya qoyur. Bu da bir təzyiq üsuludur. Nikol Paşinyan Rusiya sülhməramlılarını ittiham edir ki, onlar niyə sərhəd – buraxılış məntəqəsindən yüklərin keçirilməsinə imkan yaratmırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Litvanın, Yunanıstanın və İspaniyanın XİN başçılarıyla görüşlərində eyni məsələləri qaldırır və həmin ölkələrin XİN-də anti-Azərbaycan mövqeyi ifadə etməsinə çalışır. Bu siyahını artırmaq da olar.
Müxtəlif istiqamətlərdən çalışırlar ki, Azərbaycana təzyiq göstərsinlər. Azərbaycanın isə bu məsələdə prinsipial və qətiyyətli mövqeyi var. Bu məsələlərdə Azərbaycan heç bir halda mövqeyini dəyişəsi deyil. Amma gəlin nəzəri baxımdan hesab edək ki, bütün bu təzyiqlərin qarşısında güzəştə getdik, qapılar açıldı və eyni zamanda onun fəaliyyəti dayandırıldı. Ermənistandan yüklərin Qarabağ istiqamətində hərəkəti başlandı. Bu bilirsiniz nə deməkdir? Bu, o deməkdir ki, yenidən Ermənistandan Xankəndiyə canlı qüvvə, silah sursat, minalar daşınacaq. Ona görə də Azərbaycanın mövqeyi qətidir, prinsipialdır, dəyişməzdir. Amma ermənilər çalışırlar ki, bu vəziyyətdə yenə siyasi hoqqabazlıqlarını davam etdirsinlər. Hətta 150 radikal ermənini tapıb onları xüsusi olaraq həmin əraziyə – Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə göndərirlər. Onlar da Ermənistan hökumətinə təzyiq göstərirlər.
Deyirlər ki, özünüz bunu aça bilmirsinizsə, silah verin, biz onu edək. Bu nə deməkdir, 3-cü Qarabağ müharibəsi istəyirlər? Bu, əslində Qarabağdakı separatçıların sonu deməkdir, eyni zamanda Ermənistanın özünün sonunun başlanğıcı deməkdir. Öz-özünə siyasi intihar hökmü vermək deməkdir. İndiki vəziyyətdə daha çox çalışırlar ki, bu məsələni qabartmaqla sülh müqaviləsini imzalanması prosesinin qarşısını alsınlar. Ermənilərin əsas məqsədi budur.
Görünür, Paşinyan üçün də bu variant sərf edir, çünki ona da çox ciddi təzyiqlər var. Onu xəyanətdə ittiham edirlər. Paşinyan da güzəştsiz rəhbər fonu yaratmaqla həm siyasi karyerasını, həm də fiziki mövcudluğunu qorumaq istəyir. Hələ ki belədir, amma sabah belə olmayacaq. Azərbaycan daha da güclənib və daha da güclənməkdədir. Ən müasir silahlara malikdir və silahlanma davam etməkdədir. Ona görə ermənilər düşünsünlər ki, bu yol Ermənistanı uçuruma aparır. Yeganə yol əməkdaşlıq yoludur. Heç bir halda nə ATƏT-in nümayəndələrinin, Avropa İttifaqının, ayrı- ayrı ölkələrinin səfirlərinin onların könlünü xoş edən bəyanatları real vəziyyəti dəyişməyəcək. Onlar təxribatla məşğuldur, Azərbaycan prezidenti isə Qarabağda və Şərqi Zəngəzurda şəhərlər və kəndlər salır. Qoy düşünsünlər və nəticə çıxartsınlar".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 11 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele