"Paşinyanın yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir" - Ekspert

"Paşinyan yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir"
Bu sözləri Siyasi şərhçi Aydın Tağıyev azxeber.com-a açıqlamasında deyib.
O bildirib ki, Paşinyanın son çıxışı  Ermənistanın daxili siyasi mühitində yeni bir mərhələnin başlanğıcını göstərir:
"Nikol Paşinyanın son çıxışı və seçkilərin ilkin nəticələri fonunda verdiyi sərt bəyanatlar Ermənistanın daxili siyasi mühitində yeni bir mərhələnin başlanğıcını göstərir. Əvvəlki seçkilərdə "milli həmrəylik" ritorikasına üstünlük verən Paşinyan bu dəfə açıq şəkildə qisas və repressiya siyasətinə yönəldiyini nümayiş etdirir. Seçkilərdən sonra Paşiniyanın Ritorikası dəyişdi. Məsələn, 2021-ci il seçkiləri Paşinyan rəqiblərinə dialoq təklif etmiş, "birlik" mesajı vermişdi. İndiki seçkilərdə isə, o, müxalifəti "üçbaşlı müharibə partiyası" adlandıraraq, onların tam məhv edilməsini hədəf kimi göstərir. Fikrimcə bu, siyasi mübarizənin konstruktiv dialoqdan çıxaraq tamamilə aqressiv müstəviyə keçdiyini göstərir. 
Paşinyan müxalifəti "cinayətkar oliqarxik sistem" adlandıraraq, onların qanunsuz əmlaklarının müsadirəsini gündəmə gətirir. Müxalifətə qarşı təhdidlər qızışır,  hesab edirəm müxalifət liderlərinin həbsi və əmlaklarının müsadirəsi əmri ölkədə siyasi gərginliyi artıracaq".
O vurğulayıb ki, seçkilərdən sonra hadisələrin bu çərçivədə siyasi nəticələr verməsi gözlənilən idi:
"Seçkilərdən sonra hadisələrin bu çərçivədə siyasi nəticələr verməsi gözlənilən idi. Artıq Ermənistanın daxili siyasətində qisas mərhələsi başlayır. Bu, müxalifətin tamamilə sıradan çıxarılması və siyasi meydanın Paşinyanın partiyası üçün monopoliyaya çevrilməsi deməkdir. Hesab edirəm bu siyasət ölkədə ictimai gərginliyi artıracaq, çünki müxalifət bloklarının sosial dayaqları tamamilə yox olmayıb.
Digər tərəfdən baxanda görünən odur ki, Qərb üçün Paşinyanın bu ritorikası avtoritar meyllərin güclənməsi kimi görünə bilər. Rusiya isə müxalifət üzərindən alternativ təsir imkanlarını itirmək riski ilə üz-üzə qala bilər. Fikrimcə, Paşinyanın sərt ritorikası Ermənistanı daxili siyasi repressiya dövrünə aparır. Bu, həm ölkənin demokratik imicinə zərbə vuracaq, həm də Cənubi Qafqazda yeni gərginlik ocağı yarada bilər. Müxalifət liderlərinin həbsi və əmlak müsadirəsi yalnız daxili siyasi mübarizə deyil, həm də regional güclərin maraqlarına toxunan bir proses olacaq".

Siyasi       Tarix: 12 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler ən son xeberler cəbhədən video oxu.az xeberler