Paul Tudor Jones: Bitcoin investisiya aktivi kimi əladır

Paul Tudor Jones: Bitcoin investisiya aktivi kimi əladır"Wall-Street"-in əfsanəvi investor-treyderi, Tudor Investment Corporation hedc-fondunun rəhbəri milyarder Paul Tudor Jones CNBC telekanalına müsahibəsində bitcoin-ni hazırkı pandemiya dövründə əla bir investisiya aktivi adlandırıb. O, öz müştərilərinə bitcoin-ə investisiya etməklə koronavirus pandemiyası ilə mübarizə üçün pul çap edən mərkəzi bankların hazırkı siyasətlərinə qarşı sığortalanmağı məsləhət görüb.
Paul Tudor Jones: "Aktivlərimin 1%-ni, daha doğrusu 2%-ə yaxın hissəsini bitcoin təşkil edir. Bitcoin haqqında düşünəndə onu investisiya portfelinin kiçik bir hissəsi kimi görürəm. Bu, ən yaxşısı da ola bilər. Hamısından daha mənfəətlisi. Məncə mümkündür. Bitcoin - əla spekulyasıdır. Bununla belə, aktiv dörd meyar üzrə artıq testindən keçib: alıcılıq qabiliyyəti, likvidlik, portativlik və etibarlılıq. Biz yeni növ yığım vastəsinin yarandığını müşahidə edirik və bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək."
Jones bitcoin-i qızıl ilə müqayisə edərək, rəqəmsal valyutanın ona 1970-ci illərdə qızılın oynadığı rolu xatırlatdığını qeyd edib. "Maksimum mənfəət əldə etmək üçün "ən sürətli at"-a sahib olmalısan. Əgər mənim proqnozumu eşitmək istəyirsinizsə, o zaman mənim seçimim bitcoin-dir! Mövcud şəraitdə pulların sürətlə çap edilməsi ənənəvi investorları qızıla yönəldəcək və bu zaman dünya yeni və daha etibarlı aktivə ehtiyac duyacaq. Bu faktor bitcoin üçün əlverişli ola bilər. Çünki çox zaman bazarın reaksiyası sizin prioritetləriniz ilə eyni olmur. Ancaq unutmayın ki, "P&L" həmişə uzunmüddətli perspektivdə qalib gəlir. Bunu nəzərə alaraq yeni etibarlı aktivlərə ehtiyac olan bir zamanda bitcoin getdikcə daha mühüm rol oynaya bilər." Jones deyib.
Qeyd edək ki, Paul Tudor Jones 1987-ci ildə ABŞ-ın maliyyə bazarında baş verən krizisin dəqiq proqnozlaşdırması ilə məşhur olub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 iyul 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər valyuta mezennesi banklar xeber.az son xeberler xabarlar