Payızın dəyişkən havasından dərimizi necə qoruyaq? - Kosmetoloqdan məsləhət

Payızın dəyişkən havasından dərimizi necə qoruyaq? - Kosmetoloqdan məsləhətMövsüm dəyişəndə dərimizin ehtiyacları da dəyişir. Havaların soyuması ilə dəri problemləri ortaya çıxır. Bəs mövsüm dəyişərkən dəriyə qulluq necə olmalıdır?
Bu mövzu demək olar ki, bütün xanımları maraqlandırır. Bəzən düzgün qulluq etmədiklərinə görə başqa problemlərlə də qarşılaşırlar.
Milli.Az bildirir ki, kosmetoloq Mehriban İbrahimova Lent.az-a açıqlamasında payız aylarında dəriyə qulluqdan danışıb. Kosmetoloq bildirib ki, soyuq hava dəridəki bəzi problemləri artırır:
"Bunlardan biri dəri quruluğudur. Dəridəki quruluğun qarşısını almaq üçün mütləq onun nəmlənməsinə şərait yaratmaq lazımdır. Xüsusilə soyuq havaya çıxmazdan öncə və duş qəbul etdikdən sonra nəmləndirici kremlərdən istifadə edin. Bununla həm dəri çatlamalarının, həm də vaxtından əvvəl qırışların yaranmasının, dərinin qocalmasının qarşısını alacaqsınız. Bundan əlavə, gün ərzində 1-1,5 litr su içməyi də unutmayın".
Mehriban İbrahimovanın dediyinə görə, hətta sağlam adamlarda daimi olaraq soyuq havanın və küləyin təsirindən vaxtından əvvəl qocalma müşahidə olunur:
"Əgər fikir vermisinizsə, uzun müddət şaxtada qaldıqda qan damarları daralır və dəri ağarır. Bu da qan dövranına mənfi təsir göstərir, maddələr mübadiləsi pozulur, dərinin qidalanması isə azalır. Bu zaman dəri müxtəlif qıcıqlanmalara məruz qalır, ağarır və təravətini itirir. Lakin dəriyə düzgün qulluq etdikdə, bunun qarşısını almaq olar".
Kosmetoloq bildirir ki, soyuq hava şəraitində dərinin donmadan və quruluqdan qorumaq üçün daimi olaraq xüsusi qoruyucu kosmetik vasitələrdən istifadə etmək lazımdır:
"Əgər dəri qurudursa, axşamlar dərinin təravətli olması üçün ona xama, süd, yağlar vurmaq olar. Bu mövsümdə nəmləndirici vasitələrdən və xüsusi maskalardan da istifadə olunmalıdır".
Üzə qulluq zamanı dodaqları unutmaq olmaz. Çünki onlar zədələnərsə, dodaq boyası da istədiyimiz kimi qalmaz. Kosmetoloq da bunları təsdiqləyir:
"Daha yaxşı olar ki, dodaqların qurumasının qarşısını almaq üçün tərkibində yağ turşuları olan dodaq kremlərindən istifadə edəsiniz. Əgər sizin əlinizin altında heç bir kosmetika yoxdursa, o zaman adi bitki yağlarından istifadə edin. Bitki yağlarından mütəmadi istifadə dodaq dərinizin elastikliyini saxlamaqda kömək edər.
Bal vasitəsilə dodaqların nəmləndirilməsi də effektivdir. Balın tərkibindəki maddələr dodaq çatlamasına qarşı xeyirlidir".
Sonda onu da qeyd edək ki, dərinin parlaq və təravətli olması üçün bu qulluqlarla yanaşı, düzgün kosmetik vaistələrin seçilməsi və qidalanmaya diqqətlə yanaşmaq da vacibdir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 07 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan bugünki xəbərlər son.xeberler cəbhədən video