Paytaxtda bank işçisinə bıçaqla hücum
Nərimanov rayonu ərazisində yerləşən bankın işçisinin sifət nahiyəsinə bıçaqla xəsarət yetirmiş N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, fevralın 3-də saat 14 radələrində Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi "Mercedes" markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirmişdir. Bu zaman N.Sərkərov xuliqanlıq zəminində T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.
N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.
T.Yusifova xəstəxanada ilkin tibbi yardım göstərilib. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib