Paytaxtda gözlənilən böyük söküntü: Hansı binalar "plana düşəcək"? - ARAŞDIRMA

Paytaxtda gözlənilən böyük söküntü: Hansı binalar Əmlak ekspertinin qənaətincə, Bakı ərazisində 122 min binanın söküləcəyi inandırıcı deyil. Çünki hazırda Bakı və Abşeronda ümumilikdə 35-40 minə qədər çoxmənzilli yaşayış binası ancaq olar. 
Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.
Maraqlıdır, bütün bu işlər görülən zaman paytaxtın hansı ərazisində daha çox söküntülər olacaq? 122 minə yaxın yaşayış binasına hansı kateqoriya binalar daxildir? Böyük söküntüyə yalnız "Xruşşovka", "Stalinka", "Leninqrad" layihəli binalar daxil olacaq, yoxsa əsasən, bir-iki mərtəbəli binalar, həyət evləri söküləcək? Bu söküntülər əmlak bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı "Kaspi qəzeti"nin yazısını təqdim edirik:
İstismar müddəti ötmüş çoxmənzilli 11 min bina
Mövzu ilə bağlı fikirlərini "Kaspi" qəzetinə bölüşən əmlak eksperti Elnur Fərzəliyev Bakı şəhəri ərazisində 122 min binanın sökülməsi məsələsinə şübhə ilə yanaşıb. Bildirib ki, Bakı və Abşeronda ümumilikdə 35-40 minə qədər çoxmənzilli yaşayış binası ancaq olar. Ekspertin sözlərinə görə, paytaxtda istismar müddətini başa vurmuş cəmi 11 minə yaxın bina var ki, onların da içində 100-dən bir qədər artığı qəzalı vəziyyətdədir: "Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. İndiyə qədər ötən vaxt ərzində paytaxt əhalisi 3 dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları, müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. O səbəbdən artıq bir neçə ildir ki, Bakı şəhərinin Baş planının hazırlanması üzərində iş gedir. Hazırda paytaxt ərazisində 11 minə yaxın çoxmənzilli bina istismar müddətini başa vurub. Onlar 60-70-ci illərdə inşa olunub. 100-dən artıq çoxmənzilli bina isə tamamilə qəzalı vəziyyətdədir. Həmin binalar zamanla sökülür və yeniləri ilə əvəzlənir".
Köhnə binalar sökülüb yenisi ilə əvəzlənir
Ekspert qeyd edib ki, paytaxtda pilot layihələr üzrə sökülən hər beşmərtəbəli binanın yerində 15-20 mərtəbəli yeni çoxmənzilli bina inşa edilir. Onun fikrincə, bu binalar tikilən zaman bəzi hallarda normativlər gözlənilmir, həyətyanı sahə, park, avtopark yeri, iaşə obyektləri nəzərə alınmır: "Bakı şəhərinin hazırlanmaqda olan yeni Baş planı üzrə paytaxtda müəyyən söküntü, tikinti-quruculuq tədbirləri həyata keçiriləcək. Baş planın təsdiqlənməsi o deməkdir ki, tikilən və ya tikiləcək binalar həmin plana uyğundur. Yaxud Baş plan təsdiqlənməyib, lakin köhnə binalar sökülüb yenisi ilə əvəzlənir. Paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələri qalmayıb. Hazırda satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Tikintinin maya dəyəri həddən artıq baha olur. Ona görə də bəzi tikinti şirkətləri köhnə binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Bu da gələcəkdə hazır olacaq və tətbiq olunacaq Baş planın tam əksinədir. Köhnə binalar sökülüb yenisi inşa edilən zaman tikinti normativləri gözlənilmir".
Paytaxtın ən yaxşı, ən nümunəvi layihəsi
E.Fərzəliyev söyləyib ki, paytaxt ərazisində sökülən binalar, əsasən, Yasamal, Binəqədi, Nəsimi, Nərimanov rayonlarındakı "Xruşşovka", alman layihəli binalardır. Ekspertin sözlərinə görə, bu binaların ərazisində yeni hündürmərtəbəli binaları yerləşdirmək olur: "Paytaxtın tam mərkəzində 2,3,4 mərtəbəli binalar var ki, həmin binaları söküb yerində çoxmənzilli, hündürmərtəbəli yeni binanı inşa etmək qeyri-mümkündür. O ərazilərdə standartlara uyğun olaraq avtoparkinq, istirahət guşəsi, iaşə obyektləri və sair yaratmaq üçün yer yoxdur. Məhz buna görə də həmin binaların alınmasına, sökülməsinə tikinti şirkətləri maraq göstərmirlər. Paytaxtda ən yaxşı, ən nümunəvi layihələrdən biri "Ağ şəhər"dir. Orada ərazi dövlət tərəfindən söküldü, insanlar köçürüldü, təmizlik işləri aparıldı və tikinti şirkətlərinə yalnız müəyyən olunmuş layihə üzrə tikinti işi aparılması üçün verildi. Burada təxminən 10-12 mərtəbəli yaşayış binaları tikilib. Tikinti müddətində binalararası məsafələr, normativlər tamamilə qorunub. Hazırda tikilən çoxmənzilli binalarda və həyət evlərində də normativlər mütləq şəkildə gözlənilməlidir ki, gələcəkdə Baş plan tam hazır olanda dövlət milyardlarla manat həcmində zərərə düşməsin. Çünki bu gün atılan hər hansı yanlış addım gələcəkdə dövlət büdcəsinə böyük maliyyə itkisi yaşada bilər. Burada söhbət hansısa binanın və ya həyət evlərinin sökülməsindən, vətəndaşlara kompensasiya ödənməsindən, köçürülməsindən, ərazinin təmizlənməsindən gedir".
Sənədi olmayan 500 mindən çox həyət evinin aqibəti
Ekspert şimal tərəfdən paytaxt ərazisinin Abşeron rayonunun Xırdalan şəhərinə, oradan isə Sumqayıt şəhərinə həyət evləri vasitəsilə birləşməsinə də diqqət çəkib. Rəsmi məlumata görə, təkcə Bakı və Abşeronda 500 mindən çox çıxarışı – sənədləri olmayan fərdi həyət evlərinin olduğunu vurğulayıb. Bildirib ki, zamanla belə yaşayış məntəqələrinin sökülərək köçürülməsi gözlənilir: "Çıxarışın olmamasının müxtəlif səbəblər var. Həmin səbəblərdən biri də budur ki, həmin yaşayış məntəqələrinin bir hissəsi qadağan olunmuş ərazilərdə tikilib. Yəni, neft buruqlarının ətrafında, yüksəkgərginlikli elektrik xəttinin altında, vulkanik dağların ətəyində tikilən evlərə qanunla sənədlərin verilməsi qeyri-mümkündür. Zamanla belə yaşayış məntəqələrinin sökülərək köçürülməsi gözlənilir. Amma paytaxtdan kənardakı çoxmənzilli binaları almaq və yerində yenisini tikmək tikinti şirkətlərinə sərf etmir. Çünki o ərazilərdə əhalinin alıcılıq qabiliyyəti tələbat mərkəzdə olduğu səviyyədə deyil".

Sosial       Tarix: 15 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin


azerbaycan xeberleri son xeberler yeni xeberler novruz bayramı cəbhədən son məlumat son xeberler bugun xəbərlər