Pediatr: "Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin

Pediatr: "Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyinAzyaşlı uşaqlar koronavirus daşıyıcısı kimi böyüklər üçün ciddi təhlükə mənbəyidir.
Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib.
O bildirib ki, "Uşaqlar koronavirusa tutulmur" deyə bir fikir yoxdur:
"Böyük insanlara nisbətən uşaqlarda koronavirusa yoluxma halları zamanı ağırlaşmalar və ölüm faktları qeydə alınmır. Bu da onların immun sisteminin güclü olmasından irəli gəlir. Təbii ki, söhbət hər hansı xəstəliyi olmayan, sağlam uşaqlardan gedir. Lakin nəzərə almaq lazımdır ki, koronavirus uşaqlarda heç bir simptom göstərmir. Bu baxımdan uşaqlar koronavirus daşıyıcısı kimi böyüklərə, xüsusən də immun sistemi zəif olan yaşlı insanlara ciddi təhlükə mənbəyidir".
Pediatr qeyd edib ki, uşaqların nənə-baba, immun sistemi xəstəlikləri olan böyüklərlə ünsiyyətinə icazə vermək olmaz:
"Uşaqlara potensial virus daşıyıcısı kimi baxsaq, onların yaşlı insanlarla ünsiyyətini məhdudlaşdırsaq, biz həm də virusun yayılmasının qarşısını almış olarıq. Ümumi olaraq, koronavirus halsızlıq, yüngül boğaz ağrısı, hərarət ilə müşahidə edilə bilər, amma təəssüf ki, çox az uşaqlarda bu kimi simptomlar hiss olunur. Valideynlər xarici mühitlə təmasda olurlar. Uşaqlara məhz bu yolla virus keçə bilər və heç kim bunu hiss etməz. Bu səbəbdən xarici mühitlə təmasda olan şəxslər azyaşlı uşaqlar olan evə gəlirsə, mütləq şəkildə gigiyenik normalara riayət etməlidir. Böyüklərin əllərini, üzünü, ağız boşluğunu yumadan, əllərini spirtləmədən, əynindəki paltarları dəyişmədən uşaqlara yaxınlaşması məsləhət görülmür".
"Bəzən insanlar günlərlə evin havasını dəyişmirlər. Düşünürlər ki, virus havadan yoluxur. Bu, yanlış fikirdir. Pəncərəni açıb, evin havasını mütləq şəkildə dəyişmək vacibdir. Koronavirus müəyyən səthlərdən təmas vasitəsilə və xəstə insanlardan iki metrdən yaxın məsafədən keçə bilir. Virus hava vasitəsilə evə girə bilməz", - deyə G.Rəsulova əlavə edib.
Xatırladaq ki, ölkədə koronavirusa yoluxanların yaş qrupları açıqlanıb. Belə ki, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaşarası 56 nəfər, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 20 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az kriminal bugun son xeber.az son xeberler bugun 2026 canli