Pediatr uşaqlar üçün ən təhlükəli oyuncaqları sadaladı

Pediatr uşaqlar üçün ən təhlükəli oyuncaqları sadaladıPediatr uşaqlar üçün ən təhlükəli oyuncaqları sadaladı
Rusiyalı pediatr Olqa Tatarkina uşaqlar üçün təhlükəli oyuncaqları sadalayıb.
Ekspertin fikrincə, ilk növbədə, oyuncaqlar yaşa uyğun olmalıdır. Məsələn, bir yaşından kiçik uşağa kiçik detalları olan konstruktor verilməməlidir. Çünki bu, heç bir fayda gətirməyəcəkdir. Əksinə, körpə həmin kiçik detalları uda bilər.  Əgər uşaq bir neçə kiçik maqnit udsa, onları ancaq cərrahi yolla çıxarmaq olar.
"Bütün yaşda olan uşaqlar üçün silah heç də yaxşı hədiyyə deyil. Gülləli pnevmatik tapançalar, arbaletlər, iti ucları olan oxlar, yaylar, qılınclar, xəncərlər kifayət qədər travmatikdir və uşaqların sağlamlığına ciddi ziyan vura bilər.
Həkimin sözlərinə görə, pərli oyuncaqlar da təhlükəlidir. Onlar işə salındıqda uşağın üzünü və ya gözlərini zədələyə bilər.
"Uşağınızın psixikasına zərər vermək istəmirsinizsə, bədheybətlər şəklində oyuncaqlar almayın. Musiqi alətləri də xeyli təhlükə yaradır. Tütək, fit kimi oyuncaqlar alarkən onların səsinin icazə verilən 65 desibel həddinədək olmasına diqqət yetirmək lazımdır. Əks halda uşağın eşitmə qabiliyyəti pozula bilər", - deyə ekspert xəbərdarlıq edib.
Bundan əlavə, Tatarkina müxtəlif səslər çıxaran parlaq, yanıb-sönən, parıldayan oyuncaqların da zərərli olduğunu bildirib. Belə ki, onlar hisslərin həddindən artıq stimullaşdırır, nitqin inkişafını ləngidir və uşağın psixi sağlamlığını pozur.
Mənbə: life.ru / oxu.az

Maraqlı       Tarix: 26 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər havanın temperaturu meherremlik 2026 son xabar