Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu haldaBir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından təqaüd yaşını gözləmədən müəyyən hallarda istifadə imkanı verilməsi bu sahədə yeni yanaşmaları gündəmə gətirib. Azərbaycanda isə belə bir mexanizmin tətbiqi illərdir müzakirə olunsa da, konkret addımların atılmaması pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının nə dərəcədə real olub-olmadığına dair sualı aktuallaşdırır.
Bəs Azərbaycanda vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl istifadə etmək hüququ verilə bilərmi?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli Azərbaycanda bu məsələ uzun müddətdir müzakirə olunsa da, hələlik real mexanizmin formalaşdırılmadığını bildirib.
"Bu istiqamətdə qanun layihəsi də hazırlanıb və xüsusilə özəl pensiya fondlarının yaradılması ilə bağlı ilkin layihə hökumətə təqdim olunub. Lakin sənəd indiyədək Milli Məclisin gündəliyinə çıxarılmayıb, yalnız ictimai dinləmələr çərçivəsində müzakirələr aparılıb. Dünya təcrübəsində pensiya fondlarının vəsaitlərinin daha səmərəli idarə olunması üçün özəl pensiya fondları yaradılır və onlar dövlət nəzarəti altında fəaliyyət göstərir. Bu sistemdə əsas diqqət çəkən məsələlərdən biri də vəsaitlərin sığortalanmasıdır".
R.Abbasbəyli vurğulayıb ki, Azərbaycanda həssas əhali qruplarına aid vəsaitlərin riskli investisiyalara yönəldilməsinə imkan verilmədiyi üçün bu sahədə mühafizəkar qanunvericilik mövcuddur.
"Dünya praktikasında pensiya kapitalının tam şəkildə vaxtından əvvəl götürülməsi tətbiq olunmur. Lakin müəyyən hallarda, könüllü əsaslarla və müəyyən yaş həddindən sonra yığımların bir hissəsindən istifadə imkanı yaradıla bilər. Bu isə gələcəkdə vətəndaşın alacağı pensiyanın məbləğinə təsir göstərir.
Bəzi ölkələrdə ağır xəstəlik, sosial tənhalıq və digər xüsusi hallarda vətəndaşlara pensiya kapitalının bir hissəsindən vaxtından əvvəl istifadə imkanı verilir".
Razi Abbasbəyli hesab edir ki, Azərbaycanda bu istiqamətdə mexanizm hələ mövcud deyil və yaxın illərdə də belə imkanın yaradılması real görünmür.
"Bu, çox ciddi, əhatəli və konseptual yanaşma tələb edir. Əgər gələcəkdə bu mexanizmlər formalaşdırılsa, Azərbaycan vətəndaşları üçün də pensiya kapitalından vaxtından əvvəl istifadə imkanı yaradıla bilər. Amma indiki templə bu, yaxın perspektivdə mümkün görünmür", – deyə iqtisadçı əlavə edib.

İqtisadiyyat       Tarix: 21 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber son xeberler 2026 xabar az son xeberler bugun 2026 azerbaycan