Pensiyaçıların DİQQƏTİNƏ: Bu halda ödənişlərə yenidən baxıla bilər

Pensiyaçıların DİQQƏTİNƏ: Bu halda ödənişlərə yenidən baxıla bilərDövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşına çatmış müəyyən qrup insanların məcburən pensiyaya göndərilməsi ilə bağlı fikirlər var. Bildirilir ki, bir sıra şəxslər pensiya yaşına çatsalar da, işləməyə davam etmək istəyirlər, lakin əmək müqavilələrinə xitam verilir. Bəziləri isə işində qaldığı halda pensiya ödənişi almamaqdan ehtiyat edirlər.
Hansı hallarda pensiya yaşına çatdıqdan sonra işləmək imkanı əldə edilə bilər?
Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, bu məsələ "Əmək pensiyaları haqqında" müvafiq qanunvericiliklə tənzimlənir:
"Kişilər bir neçə ildir 65 yaşda pensiya alırlar. Qadınların pensiya yaşı isə hər il 6 ay artırılmaqla artıq 65-ə çatmaq üzrədir. Yəni həm qadın, həm də kişilər üzrə pensiya əldə etmək hüququnu qazanmaq üçün yaş həddi 65-dir. Bu yaşa çatdıqdan sonra avtomatik olaraq vətəndaşa pensiya təyin olunur. Ondan sonra çalışdığı yerdə işəgötürənin razılığı əsasında əmək müqaviləsi uzadıla bilir. Əks təqdirdə 65 yaşdan sonra işəgötürənin şəxsi saxlamaq səlahiyyəti yoxdur".
İqtisadçı bildirib ki, şəxs işlədiyi müddətdə də pensiya ödənişlərini ala bilir:
"Pensiya yaşına çatan kimi hər hansı bir vətəndaşın işini davam etdirmək istəyinə gəlincə, bu, təktərəfli həll edilmir. Qarşılıqlı razılaşma önəmlidir. Bundan başqa şəxs işdən ayrıldıqdan sonra onun pensiyasına yenidən baxılır". / azxeber.com

Sosial       Tarix: 08 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır

Qara qızıl ucuzlaşdı

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. xəbər verir ki, Londonun ICE birjasında ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin qiyməti 1,78 faiz ucuzlaşaraq bi

Güclü geomaqnit qasırğası gözlənilir

8-9 iyun tarixlərində güclü geomaqnit qasırğası gözlənilir. xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, proqnoz günlərində (8-14 may) C sinif alışmanın ba

Hidayət Orucov vəfat etdi

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət v

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan -a bildirilib ki, onu

Valyuta məzənnələri AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, iyunun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0369 manat təşkil edib. Öz növbəsində, Avro 1,960

Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub. Belə ki, "Lada" markalı avtomobilin aşması nəticəsind

"WhatsApp" ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi

"WhatsApp" yeni ödənişli abunə xidməti – "WhatsApp Plus"ı istifadəyə verib. xəbər verir ki, yeni paket istifadəçilərə tətbiqi daha geniş şəkildə fərdiləşdirmək imkanı yaradır. . "WhatsApp Plus"


son xeberler azerbaycan xeberleri yeni xeberler dunyada son xeberler xankendi enson xeberler cəbhədən son məlumat